17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya Ukraynanın 4 vilayətini özünə birləşdirir
Tarix: 20-09-2022 17:12 | Bölmə: Slayd
Rusiya Ukraynanın 4 vilayətini özünə birləşdirir

Ukraynanın işğal altında olan 4 vilayətində Rusiya Federasiyasına birləşmək üçün referendum keçiriləcək.

Reyting.az
-ın xəbərinə görə, qondarma “Luqansk Xalq Respublikası”nın lideri Leonid Paseçnik deyib ki, Rusiyaya birləşməklə bağlı referendum 23-27 sentyabr aralığında olacaq.

"Donetsk Xalq Respublikası" separatçıları da Rusiyaya birləşmək üçün eyni tarixə referendum təyin ediblər.

Rusiyanın işğalı altında olan Xersonda da referendum planlaşdırılıb. Rejimin qubernatoru Vladimir Saldo deyib ki, vilayətin Rusiyaya birləşməsi üçün referendum 23-27 sentyabr aralığında keçiriləcək.

Rusiyaya birləşməklə bağlı referendumun Zaporojye vilayətində də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, məsələ ilə bağlı Rusiyadan ilk açıqlama xarici işlər naziri Lavrovdan gəlib. Lavrov deyib ki, referendumla bağlı qərarın qəbul edilib-edilməməsi bölgə xalqının öz işidir: “Biz əvvəldən regionda yaşayan insanlar öz müqəddəratını təyin etməlidirlər”,- yanaşmasını müdafiə edirik”.

Lavrov, Rusiyanın “Donbass xalqları öz taleyinin sahibi olmaq istəyir”,- bəyanatı ilə referendum qərarını dəstəklədiyini bildirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}