Dünya ərzaq böhranı ilə üzləşə bilər - Baş direktor
Tarix: 21-09-2022 08:48 | Bölmə: Slayd
Dünya ərzaq böhranı ilə üzləşə bilər

Dünya qarşıdakı aylarda ərzaq qıtlığı və ərzaq əldə etmək böhranı riski ilə üzləşə bilər.

Reyting.az
xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyun bəyan edib.

Kənd təsərrüfatı sistemlərinin kövrək olduğunu deyən Qu Donqyun bildirib ki, tədarük zəncirləri təzyiq altındadır:

“Dünya ərzaq böhranı ilə üzləşə bilər. Qida təhlükəsizliyinin miqyası qorxuludur”.

Baş direktorun sözlərinə görə, aclıq səviyyəsi qəbuledilməz dərəcədə yüksəkdir:

“Son iki ildə aclıq Ukrayna ətrafında baş verən hadisələr, qlobal və milli iqtisadi sarsıntılar, planetin hər küncünə təsir edən iqlim böhranı da daxil olmaqla münaqişə və sabitliyin pozulması nəticəsində kəskin şəkildə artıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}