12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənilər Azərbaycanla bağlı növbəti dəfə yalan məlumatlar yayıb
Tarix: 25-09-2022 18:44 | Bölmə: Slayd
Ermənilər Azərbaycanla bağlı növbəti dəfə yalan məlumatlar yayıb

Sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycanla bağlı növbəti dəfə yalan məlumatlar paylaşılıb. İddia olunur ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılıb və cavab atəşi nəticəsində, döyüş növbətçiliyi aparan Azərbaycanın hərbi qulluqçuları xəsarət alıblar.

Reyting.az
xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini, tamamilə yalan olduğunu bildirir.

Nazirlik diqqətə çatdırır ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır.

Nazirlik ermənilərin yaydığı məlumatı qəti şəkildə təkzib edir.

Bildirilir ki, Azərbaycan Ordusunun hərbi texnikasına zərər dəyib və şəxsi heyət arasında xəsarət alan yoxdur.




Bölməyə aid digər xəbərlər