ABŞ Cənubi Qafqazda Rusiya və İrana qarşı təhlükəli planını işə salıb
Tarix: 26-09-2022 13:17 | Bölmə: Slayd
ABŞ Cənubi Qafqazda Rusiya və İrana qarşı təhlükəli planını işə salıb

“Hazırda ABŞ-ın bölgəmizdə göstərdiyi fəallıq daha çox Ermənistanı tələyə salmaqdır. Onlar Nikol Paşinyanı hakimiyyətə gətirib, indi də verdiyi vədlərə əməl etməsini istəyirlər. Yəni Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını təşkil etməyi tələb edirlər. Paşinyan da buna start verib. Hətta o, BMT Baş Assambleyasındakı çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da ittiham etdi. Aydındır ki, KTMT Rusiyadan ibarətdir. Digər KTMT üzvlərinin elə ciddi gücü yoxdur. Ardınca Paşinyanın NATO baş katibi Yens Stoltenberqlə görüşü də buna dəlalət edir”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, ABŞ-ın əsas məqsədi Azərbaycan-Ermənistan sərhədinə mavi dəbilqələrin çətiri altında Amerika qoşunlarını gətirməkdir: “Burada məqsəd heç də qorumaq deyil. İstək Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Çünki 102-ci hərbi hissə Ermənistandan çıxdıqdan sonra Rusiyada parçalanma sürətlənəcək və Cənubi Qafqazı itirəcək”.

C. Nuriyev əlavə edib ki, ABŞ təkcə sərhədi nəzarətə götürmək istəmir, eyni zamanda İranla-Ermənistan sərhəddinə də nəzarət etməyə çalışır: “İranda baş verənlər də göstərir ki, ABŞ onu parçalamaq istəyir”.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Polesinin İrəvan səfərinə də toxunan Cümşüd Nuriyev diqqətə çatdırıb ki, əslində xanım Polesi bir növ quzğundur: “Bu quzğunu əvvəl Tayvana göndərsələr də, istəkləri alınmadı. Bu səfərdən sonra Pekində dövlət çevrilişinə cəhd oldu. Rəsmi məlumat olmasa da, belə deyilir.

İkincisi, Polesi İrəvana səfər etdikdən sonra Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirlərini görüşdürdülər. İndisə Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan ABŞ-a səfər edib. Görünən odur ki, proses ABŞ-ın maraqlarına uyğun gedir. ABŞ-a indiki təhlükəsizlik modeli sərf etmir. Vaşinqton faktiki olaraq Avropa Birliyi ilə Rusiyanı Ukrayna münaqişəsi vasitəsilə üz-üzə qoyaraq onları zərərsizləşdirib. Buradanda Ermənistan vasitəsilə Rusiyaya zərbə vurmaq və regiondan çıxarmaq istəyir. Görünən odur ki, Vaşinqton dünyanın tək hegemon olmağa çalışır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}