14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycanda Anım Günüdür
Tarix: 27-09-2022 00:47 | Bölmə: Slayd
Azərbaycanda Anım Günüdür

Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

Reyting.az
diqqətə çatdırır ki, artıq ikinci ildir qeyd edilən Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu gün respublikada Vətən müharibəsi qəhrəmanları minnətdarlıq hissi ilə anılacaq, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram göstəriləcək.

Xatırladaq ki, prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Qeyd edək ki, işğal altındakı ərazilərimiz Azərbaycan Ordusunun 2908 şəhidinin qanı bahasına nail olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın siyahısını təqdim edir, ruhları qarşısında baş əyirik:

My Webpage




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}