Azərbaycan-Ermənistan münaqişəsini qızışdırırlar
Tarix: 27-09-2022 08:49 | Bölmə: Slayd
Azərbaycan-Ermənistan münaqişəsini qızışdırırlar

“ABŞ-ın Cənubi Qafqazda fəallaşması təsədüfi deyil. Ermənilər Azərbaycan-Ermənistan dövlət sərhəddindəki təxribatları ABŞ-ın sifarişi ilə həyata keçirir. ABŞ-ın bölgədə siyasi fəallığı deməyə əsas verir ki, bu ölkə münaqişəsinin alovlanmasında maraqlıdır”.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi ekspert Azad Məsiyev çıxış edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Baydenin Ermənistanın Müstəqillik Günü münasibətilə Nikol Paşinyana ünvanladığı təbrik məktubunda “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”,- fikri birmənalı qarşılanmır.

A. Məsiyevin sözlərinə görə, ermənilər çalışır ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq müstəvidə müzakirə predmeti olsun və Xankəndi şəhərində yaşayan etnik ermənilərin status məsələsini gündəmə çıxarsınlar: “Bu baxımdan prezident Baydenin məktubda qeyd etdiyi “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq edəcəyik”,- fikiri də təsadüfi deyil. Çünki prezidentilərin məktubu hərtərəfli təhlil edildikdən sonra göndərilir. Xüsusilə münaqişə olan bölgədə tərəflərdən birinə göndərilən məktub, bəyanatlar, çağrışlar xüsusi diqqət tələb edir. Baydenin məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi xüsusi diqqət çəkir”.


A. Məsiyev

Siyasi ekspert qeyd edib ki, Xankəndidə yaşayan ermənilər xalq deyil, etnik ermənidir: “Belə olan təqdirdə Bayden “Dağlıq Qarabağ xalqı” fikrini niyə dövriyəyə buraxır? Bildiyiniz kimi, beynəlxalq hüquqda xalqların öz müqəddəratını təyin etmək haqqı var. Pezident Bayden bu çağrışı ilə ermənilərə siyasi dəstək nümayiş etdirir. Məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin körükləməkdir”.

A. Məsiyevin fikrincə, C. Baydenin davranışı münaqişənin sülh yolu ilə həllinə mane olur: “ABŞ rəsmiləri üzdə bir söz deyir, əməldə başqa iş görür. Azərbaycan prezidenti bəyan edib ki, “Dağlıq Qarabağ” deyilən bir problem yoxdur, sadəcə, Ermənistan-Azərbaycan münaqişəsi var. Azərbaycan münaqişənin həlli üçün beş maddədən ibarət, hər iki tərəfin maraqlarını özündə əks etdirən sülh təklifini Ermənistana təqdim edib”.

Məsiyev Baydenin məktubunda ziddiyyətli məqamlara da diqqət çəkib: “Ağ Ev sahibinin “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik”,- deməklə qarşı tərəflə, yəni Azərbaycanla işləməyə davam edəcəyini söz verir. Bayden “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməklə münaqişəni geri qaytarır. Amma 30 ilə yaxın bir zamanda ATƏT-in həmsədri kimi problemi sülh yolu ilə həll etmədilər. Əksinə, bu illər ərzində ermənilərin mövqeyini gücləndirməyə çalışdılar”.

Siyasi ekspert bildirib ki, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməkdə məqsəd Xankəndi şəhərində yaşayan erməniləri münaqişənin tərəfi kimi gündəmə gətirməkdədir. Amma bu fikir Azərbaycanın maraqlarına, o cümlədən 10 noyabr sənədinin (kapitulasya) mahiyyətinə ziddir, “Dağlıq Qarabağ xalqı” münaqişə tərəfi deyil və münaqişə tərəfi Ermənistan dövlətidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}