11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır
Tarix: 27-09-2022 11:51 | Bölmə: Slayd
İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır
Nikol Paşinyan

“Rusiya ənənəvi olaraq həmişə Ermənistanı dəstəkləyib. İndi buna imkanı qalmayıb. Bundan başqa, Ermənistan Türkiyədəki prezident seçkilərinin nəticəsini gözləyir. Amma Türkiyənin xarici siyasətində dəyişiklik olacağı ehtimalı yoxdur. Ermənistan, həmçinin Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini gözləyir".

Reyting.az
xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev BMTM-də 27 Sentyabr -Anım Gününə həsr olunmuş dəyirmi masada deyib.

Fərid Şəfiyev bildirib ki, İrəvan Paris və Vaşinqtonun timsalında alternativlər axtarır.

Politoloq Fikrət Sadıxov isə diqqətə çatdırıb ki, hazırda Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada səfərdədir: "Görünür, Ermənistan havadarlarından çox güclü yardım istəyəcək. Fransa və ABŞ regionda ciddi oyunçu kimi iştirak edə bilməz. Çünki bölgədə Türkiyə və Rusiya faktoru var”.

Fikrət Sadıxovun sözlərinə görə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da deyib ki, artıq sülh müqaviləsi imzalanmalıdır. “Görünür, Ermənistanda sağlam düşüncələr var. Amma yenə də azdır",- deyə F. Sadıxov əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}