16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiya sərhəd məntəqələrini bağlayır - Fotolar
Tarix: 27-09-2022 12:58 | Bölmə: Slayd
Rusiya sərhəd məntəqələrini bağlayır

Rusiya prezidenti Vladimir Putinin ötən həftə elan etdiyi qismən səfərbərliyə qarşı ölkədaxili etirazlar davam edir. Bununla yanaşı ölkədən qaçmaq istəyən hərbi çağırışçıların qarşısını kəsmək üçün Gürcüstanla sərhədə qoşun yeridilib. Kremlin açıqlamalarına baxmayaraq, bu tədbir ölkədə panikaya səbəb olub.

Reyting.az
xəbər verir ki, qismən səfərbərliklə Rusiya ordusuna ən azı 300 min şəxsin cəlb olunacağı bildirilir. Bu isə çox sayda insanı Rusiyanı tərk etmək məcburiyyətində qoyub.

Qeyri-rəsmi mənbələrin iddiasına görə, artıq 250 min Rusiya vətəndaşı ölkəni tərk edib. Bununla paralel olaraq, ölkədə kütləvi etiraz aksiyaları da keçirilir.

Dünən Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynadakı hərbi əməliyyatı üçün ehtiyat qüvvələrin səfərbər edilməsi zamanı səhvlərə yol verildiyini etiraf edib və ölkə sərhədlərinin bağlanması ilə bağlı heç bir qərarın verilmədiyini bildirib.



Lakin D. Peskovun bu açıqlamasına baxmayaraq, ölkədən qaçanlara mane olmaq üçün işlərə başlanılıb, sərhədlərdə tədbirlər görülür. Rusiya qəzetləri yazır ki, Gürcüstan sərhəddində əsgərlər yerləşdirilib, bununla da ölkəyə keçidlər dayandırılıb.

Rusiyadan Gürcüstanın Cənubi Osetiya bölgəsinə gedən əsas magistral yolda yerləşən kiçik Çmi şəhərindən çəkilmiş kadrlarda əsgərlərin zirehli maşının üstündə oturaraq keçidə doğru irəlilədiyi görünür.

Bildirilib ki, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əsgərləri Gürcüstan sərhədinə göndərilib və bu şəxslərə rusların ölkədən qaçmasının qarşısını almaq tapşırılıb.

Rusiya qoşunlarının Gürcüstan sərhəddində yerləşməsi Putinin hərbi xidmətdən qaçan kişilərin qarşısını almaq üçün Rusiya sərhədlərini bağlamağa hazırlaşdığına dair qorxuları artırıb. Sosial mediada sürətlə yayılan görüntülər qısa zamanda əsas mövzulardan birinə çevrilib.

Digər tərəfdən, Rusiyanın bəzi bölgələrindən məcburi hərbi xidmətə çağırış xəbərləri gəlməkdə davam edir. Nəhayət, Sibirin İrkutsk vilayətində bir şəxs Ukraynada döyüşmək üçün ehtiyat hərbçilər toplayan komissarı güllələyib.

Bu arada o da bəlli olub ki, Rusiya Gürcüstanla sərhəddə hərbi komissarlığın məntəqəsini açacaq. Bununla bağlı artıq qərar verilib. Ehtimal olunur ki, hərbi xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməyə çalışan ruslar elə sərhəddə saxlanılaraq birbaşa müharibəyə cəlb ediləcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}