16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Medvedev yenə hədələyir: “Nüvə zərbəsi endirərik”
Tarix: 27-09-2022 13:28 | Bölmə: Slayd
Medvedev yenə hədələyir: “Nüvə zərbəsi endirərik”

“Rusiya Ukraynanın təcavüzünə cavab olaraq nüvə silahından istifadə edərsə, NATO müdaxilə etməyəcək. Kiyev bundan qismən də olsa, xəbər tutmalıdır”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident Dmitri Medvedev bəyan edib.

Medvedev daha sonra deyib:

“Təsəvvür edək ki, Rusiya dövlətimizin mövcudluğu üçün təhlükəli olan irimiqyaslı təcavüz aktı törətmiş Ukrayna rejiminə qarşı ən qorxulu silahdan istifadə etməyə məcburdur. Mən inanıram ki, NATO münaqişəyə birbaşa müdaxilə etməyəcək”.

Medvedev diqqətə çatdırıb ki, Vaşinqton, London və Brüsselin təhlükəsizliyi üçün Şimali Atlantika Alyansı müxtəlif silahlarla təmin olunsa da, xarici və Avropa demaqoqları Ukraynaya üçün nüvə apokalipsisində ölmək fikrində deyillər. “Ona görə də hazırkı münaqişədə istənilən silahdan istifadəni udacaqlar”,- deyən Medvedev əlavə edib ki, Kiyev hakimiyyəti bu acınacaqlı nəticədən qismən də olsa xəbərdar olmalıdır: “Amma təəssüf ki, bu, qeyri-realdır”.

Medvedev deyib ki, lazım gələrsə, Rusiyanın nüvə silahından istifadə etmək hüququ var: “Rusiya düşmən qonşularında, məsələn, Ukraynada nüvə silahının görünməsinin qarşısını almaq üçün hər şeyi edəcək”.

Eyni zamanda Medvedev əmindir ki, Kiyev rejiminin ağlına və siyasi iradəsinə güvənmək mənasızdır: “Amma onlara göz yuman düşmən ölkələrin sağlam düşüncəsinə və özünü qorumaq hissinə hələ də kövrək ümid var. Müəyyən edilmiş təhlükə həddi keçilərsə, cavab verməli olacağıq. Heç kimdən icazə almadan, uzun məsləhətləşmələr aparmadan. Və bu, şübhəsiz ki, blef deyil”.

Medvedev Rusiyanın nüvə təhlükəsinin son vaxtlar gündəmə gəldiyinə də diqqət çəkib. Bildirib ki, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Liz Truss, eləcə də digər Qərb siyasətçiləri “nüvə düyməsi”ndən çəkməyi tələb edir, Rusiyanı “dəhşətli” nəticələrlə hədələyirlər: “Truss hətta “ölkəmizlə dərhal nüvə zərbələri mübadiləsinə başlamağa” hazır olduğunu bəyan edib”.

Siyasi opponentlərə Rusiyanın nüvə doktrinasının məzmununu xatırladan Medvedev vurğulayıb ki, əgər bir ölkə və ya onun müttəfiqləri Rusiya Federasiyasının mövcudluğunu təhlükə altına alırsa, bu, əsas verir ki, nüvə reaksiyasından istifadə edilsin.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}