16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Daha bir vəzifəli şəxs həbs edilib - 9 milyon manat mənimsəmədə ittiham olunur
Tarix: 28-09-2022 11:18 | Bölmə: Slayd
Daha bir vəzifəli şəxs həbs edilib - 9 milyon manat mənimsəmədə ittiham olunur

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

Reyting.az
xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon (8.355.486,00 manat) manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsaitinə baxılıb.

Məhkəmə vəsaiti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}