ABŞ Belarus, Ermənistan və Çin şirkətlərinə sanksiya tətbiq edib
Tarix: 30-09-2022 20:36 | Bölmə: Slayd
ABŞ Belarus, Ermənistan və Çin şirkətlərinə sanksiya tətbiq edib

Belarus, Ermənistan və Çin şirkətləri ABŞ-ın sanksiyasına məruz qalıb. Şirkətlərə qarşı sanksiyanın tətbiqinə səbəb Rusiya Silahlı Qüvvələrinə verdikləri dəstəkdir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Rusiyanın "Radioavtomatika" kompaniyasının Çin Xalq Respublikasından olan təchizatçısı “Sinno Electronics Co. Limited” (Sinno) və Ermənistandan olan təchizatçısı “Taco LLC” (Taco) sanksiya tətbiq olunan şirkətlər siyahısına daxil edilib.

Bildirilir ki, "Sinno" Rusiyaya ixracla bağlı məhdudiyyətlərdən xəbərdar olsa da, Rusiyanın Ukraynaya növbəti işğalından əvvəl və sonra “Radioavtomatika” ilə əlaqələrini davam etdirib.

Məlumata görə, iyun ayında “Sinno” Rusiyanın hərbi və yaxud müdafiə sənayesi bazasına dəstək verib, Rusiyanın Ukraynaya növbəti işğalından sonra siyahıya alınmış və sanksiyaya məruz qalan Rusiya qurumları ilə təchizat müqaviləsini davam etdirdiyi üçün “qara siyahı”ya salınıb.

"Radioavtomatika" “Taco LLC”-yə komponentlərin idxalı və Ermənistan daxilində satınalma prosesinin aparılması üçün pul ödəyib. Bundan əlavə, həm “Sinno”, həm də “Taco LLC” "Radioavtomatika" ilə işlərinə görə qarşılıqlı əlaqədə olublar.

Qeyd edək ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Yeni sanksiyalar Rusiyanın müdafiə və texnologiya sektoruna da şamil olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}