İlham Əliyev: “Azərbaycan Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”
Tarix: 01-10-2022 13:39 | Bölmə: Slayd
İlham Əliyev: “Azərbaycan Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”

“Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır”.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.

Azərbaycan prezidenti bildirib ki, bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək:

“Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var”.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}