12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənilər iki rayondakı mövqelərimizi atəşə tutub
Tarix: 04-10-2022 09:04 | Bölmə: Slayd
Ermənilər iki rayondakı mövqelərimizi atəşə tutub

Oktyabrın 3-ü axşam saatlarında və 4-ü gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Subatan, Yuxarı Şorca və İstisu, Tovuzqala rayonunun Çinarlı və Kolagir yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zivel, Zəylik və İstisu, Tovuz rayonunun Ağdam və Qaralar yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdəki bölmələri adekvat cavab tədbirləri görüb.

Bir daha diqqətə çatdırılır ki, vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.




Bölməyə aid digər xəbərlər