12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İcra hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb - Yenilənib
Tarix: 04-10-2022 15:59 | Bölmə: Slayd
İcra hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb - Yenilənib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Məlumata görə, əməliyyat zamanı onunla yanaşı bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.




Bölməyə aid digər xəbərlər