12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Asim Mollazadə: “Ermənistanın vəziyyətdən bir çıxış yolu var”
Tarix: 05-10-2022 07:45 | Bölmə: Slayd
Asim Mollazadə: “Ermənistanın vəziyyətdən bir çıxış yolu var”

“İstər Amerika, istər Avropa İttifaqı, istərsə də Rusiyanın təşəbbüsü ilə olsun, danışıqlar və dialoq müsbət haldır. Belə görüşləri kimin təşkil etməsindən asılı olmayaraq, Ermənistan-Azərbaycan danışıqları sülhə aparan yoldur. Sadəcə, Ermənistan danışıqların imitasiyasına son qoyaraq real addımlar atmalıdır. Bu baxımdan hazırda aparılan danışıqlar müsbətbətdir, onun davam etməsi və nəticəli olması vacibdir”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, danışıqlarda Ermənistan qarşısında konkret sənəd var: “Əgər Ermənistan bu sənədi imzalayacaqsa, deməli, irəliyə doğru addım atılacaq. Yəni hər şey rəsmi İrəvandan asılıdır”.

Bununla belə A. Mollazadə diqqətə çatdırıb ki, erməni siyasətçilər bəzən bir gündə bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar verirlər: “Çox güman ki, özləri də bu prosesdə nə edəcəklərini bilmirlər. Ona görə də bu gün verdikləri açıqlamanı, sabah təkzib edirlər. Ümumiyyətlə, gün ərzində bir neçə dəfə belə ziddiyyətli bəyanatlar olur. Bu isə Ermənistanın sülhə hazır olmadığını göstərir”.

A. Mollazadənin fikrincə, Ermənistanın vəziyyətdən çıxmaq üçün bir yolu var:

“Ermənistan bir dövlət kimi mövcudluğunu saxlamaq üçün ərazi iddialarına son qoyub sülh sazişi, sərhədlərin müəyyən edilməsi, kommunikasiyaların açılmasına razılaşmalıdır. Əks təqdirdə bir dövlət kimi tarixə qovuşacaq”.

A. Mollazadə Ermənistan baş naziri N. Paşinyanın Azərbaycan-Ermənistan sərhədinə xarici qoşunların gətirilməsi ideyasının da əsaslı olmadığını, bunun həyata keçirilməsinin mümkünsüz olduğunu bildirib: “Azərbaycanın razılığı olmadan bu proseslərdə heç bir inkişaf ola bilməz. Heç kəs də öz qoşununu göndərib Ermənistanın əvəzinə vuruşmayacaq. Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan televiziya müraciətində açıq elan etdi. Heç kəs də Azərbaycanın ərazisində heç nə edə bilməyəcək. Odur ki, Ermənistanın yeganə çıxış yolu sülhə gəlməkdir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər