12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistan təklifləri qəbul etmək məcburiyyətində qalacaq
Tarix: 06-10-2022 07:59 | Bölmə: Slayd
Ermənistan təklifləri qəbul etmək məcburiyyətində qalacaq

“Azərbaycan ilə Ermənistan arasında danışıqlar getsə də, hesab edirəm ki, bu, normal axarda deyil. Çünki ermənilər anormaldır. Yəni kim gözləsə ki, danışıqlar prosesi adi qaydada gedəcək, normal razılaşmalar əldə ediləcək və ermənilər də bu razılaşmalara əməl edəcək, deməli, yanılır. Çünki ermənilərin təbiətində, əxlaqında və davranışında bu normativlər yoxdur. Üstəlik, həm də onlar danışıqlara könüllü getmirlər”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Elman Məmmədov Azərbaycan-Ermənistan sülh danışıqlarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, danışıqlardakı razılaşmalar, söhbətlər, anlaşmalar elə danışıqların getdiyi otaqda qalır və ermənilər yenə öz bildiklərini edirlər.

E. Məmmədov diqqətə çatdırıb ki, ermənilərin normal qaydada danışıqlarda hansısa sənədi imzalayıb razılaşmaya əməl edəcəklərinə inanmaq olmaz: “Hesab edirəm ki, “dəmir yumruq” ermənilərin başı üzərində olmalı, fakt qarşısında qalmalı və məcburiyyətdən razılaşmalara əməl etməlidirlər. Onlardan mədəni davranış gözləməyə dəyməz. Bunun əyani sübutu 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli razılaşmadır. Onlar 2020-ci ilin 10 noyabrından bu yana imzalanan sənədlərə, deyilən sözlərə, qəbul edilən qərarlara da əməl etmirlər. Odur ki, onları nəyəsə məcburi şəkildə razılaşdırmaq lazımdır”.


Elman Məmmədov

Deputat bildirib ki, Azərbaycan dövləti müharibədən sonra Ermənistana öz təklif və tələblərini təqdim etsə də, bu günə qədər rəsmi İrəvan normal cavab vermir: “Azərbaycan beynəlxalq standartlara və hüquqa əsaslanan təkliflər irəli sürüb. Üstəlik, bu müddət ərzində dəfələrlə görüş və müzakirələr aparılıb. Amma gördüyünüz kimi, vaxtı uzatmağa çalışırlar. Düşünürəm ki, ermənilər üçün zaman daralır. Bu səbəbdən də qəti addımlar atmaq, Azərbaycanın beynəlxalq hüquqa və ədalət prinsipinə söykənən təkliflərini qəbul etmək məcburiyyətində qalacaqlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər