12:36 / 14-06-2025
Sabah yağış yağacaq
“Vaqner” Rusiyanın itkilərini doldurmaq üçün yüksək maaşla muzdlu toplayır
Tarix: 07-10-2022 14:57 | Bölmə: Slayd
“Vaqner” Rusiyanın itkilərini doldurmaq üçün yüksək maaşla muzdlu toplayır

Rusiya dövləti tərəfindən dəstəklənən özəl hərbi təşkilat “Vaqner Qrupu” Ukraynanın cənubunda ağır itkilərə məruz qaldıqdan sonra Rusiyadan kənarda işə götürmə səylərini artırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.

Britaniya nəşrinin təhlilində qeyd olunur:

Mənbələr bildiriblər ki, “Vaqner” Rusiya ordusunun özündə qarışıqlıq səbəbindən sürətlə qırıcı və texnika itirir.

Əsgərlər tez-tez muzdlu birləşmələrlə mübahisə edir və Ukrayna hərbçiləri “Vaqner”in döyüşçülərini Liman şəhəri kimi strateji əhəmiyyətli mövqelərdən sıxışdırıb çıxarıblar.

Ukrayna qüvvələri sentyabrda başlayan əks-hücum zamanı böyük əraziləri ələ keçirib. Onlar rus qoşunlarını Xarkov ərazisindən çıxarıblar və Oskil çayı ilə şərqə doğru hərəkət ediblər.

Mənbələr bildirir ki, “Vaqner” Türkiyə, Serbiya, Çexiya, Polşa, Macarıstan, Almaniya, Kanada, Moldova və Latın Amerikası ölkələrindən muzdlu əsgərlər cəlb etməklə öz qüvvələrini artırmağa çalışır. Əcnəbi döyüşçülər daha çox yüksək gəlirlə şirnikləndirilir.

Müharibədən əvvəl “Vaqner” öz döyüşçülərinə ayda 3,000-5,000 dollar ödəyirdi, lakin mənbələr bu tariflərin indi 10,000 dollara qədər yüksəldiyini söyləyib.

“Vaqner”in Latın Amerikası və Çexiya, Moldova və Macarıstan kimi Avropa ölkələrindəki yerli mütəşəkkil cinayət qrupları ilə də əlaqə saxladığı güman edilir.

"Onlar adətən möhkəm hərbi təcrübəsi olan insanları işə götürərdilər, lakin işğal “Vaqner”i dəyişdi", - deyə məsələ ilə tanış olan mənbələrdən biri MEE-yə bildirib. İndi onlar insanları öldürməkdən çəkinməyən və nağd pula ehtiyacı olan şəxslərə çatmağa çalışırlar”.



Mənbələrin sözlərinə görə, yeni işə götürmə kampaniyası Avropada yaşayan rus oliqarxları və onların yerli mütəşəkkil cinayət qrupları ilə əlaqədə olan vasitəçiləri vasitəsilə həyata keçirilib.

Bu vasitəçilər “yerli rusiyayönlü birləşmələrlə tanış olan insanlar, keçmiş hərbçilər, cinayətkar təşkilatlar” kimi səciyyələndirilir.

Əsasən Rusiya silahlı qüvvələrinin veteranlarından ibarət “Vaqner Qrupu”nu 2014-cü ildə Vladimir Putinə yaxın olan biznesmen Yevgeni Priqojin yaradıb və nəhayət, ötən həftə uzun illər təkzibdən sonra o, şirkətin sahibi olduğunu etiraf edib.

Kölgə firmaların və podratçıların qeyri-şəffaf birləşməsi Suriya, Liviya və Mərkəzi Afrika Respublikasında sui-istifadələrdə ittiham olunur.

“Vaqner” bu ilin əvvəlində Rusiya həbsxanalarından məhbusları işə götürməyə başladı və onları Ukraynadakı cəbhə bölgələrinə göndərdi. Bildirdirilir ki, məhbusların silaha sarılmaq üçün amnistiya və maaş təklif olunduğu həbsxanalarda işə götürülmə işləri davam edir.

MEE keçən ay bildirib ki, bir çox keçmiş məhbus Ukrayna qüvvələrinin diqqətini yayındırmaq üçün Rusiya hərbçiləri tərəfindən top yemi kimi istifadə edilib və geri çəkilmə zamanı çox vaxt geridə qalıb.

Sentyabrın 30-da Priqojin özü Dıdımkin şəhəri yaxınlığındakı Stavropol diyarının 6 saylı cəzaçəkmə koloniyasına baş çəkərək məhbuslardan yalnız zorlama və terror cinayətlərində məhkum olunmuş şəxslər istisna olmaqla, onun sıralarına qoşulmasını xahiş edib.

Qrupun keçmiş yüksək rütbəli üzvləri etiraf ediblər ki, “Vaqner” xaricdə Rusiyanın müxtəlif əməliyyatlarında iştirak edib, xərclərini xüsusi büdcədən ayrılan dövlət vəsaiti hesabına ödəyib.

Priqojin keçən həftə öz qrupunu “Üç Müşketyor”, “300 Spartalı” və “Robin Qud”la müqayisə edərək, onun işini qəhrəmanlıq kimi xarakterizə edib.

“Hər bir dövlətin mədəniyyətində “Vaqner” kimi fenomenlər olmalıdır. Mən “Robin Qud”, “Üç Müşketyor”, “300 Spartalı” haqqında bir dəfədən çox danışmışam. İndi növbə “Vaqner”dədir”, - o, ötən həftə Rusiya xəbər saytına deyib.

Veb sayt ondan “Turist” adlı film haqqında müsahibə götürürdü ki, orada uşaqları gələcəkdə qrupda işləməyə təşviq edən “Vaqner” təbliğatı var.




Bölməyə aid digər xəbərlər