12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Komanda üzvləri Putinə qarşı: müharibə ilə bağlı qərarlar şübhə altına alınıb
Tarix: 07-10-2022 15:28 | Bölmə: Slayd
Komanda üzvləri Putinə qarşı: müharibə ilə bağlı qərarlar şübhə altına alınıb

Amerika kəşfiyyatı iddia edir ki, Rusiya lideri Putin və onun komanda heyəti arasında ciddi müzakirələr olub və Putinin yaxın ətrafı müharibənin idarə olunmasını və qəbul edilən qərarları şübhə altına alıb.

Reyting.az
xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzeti “Washington Post” fevral ayından Ukrayna ilə müharibədə olan Rusiya prezidenti Vladimir Putinin çətin günlər keçirdiyini iddia edib.

ABŞ kəşfiyyatına əsaslanan xəbərdə bildirilir ki, Putin Ukrayna müharibəsi səbəbindən yaxın köməkçiləri ilə gərginlik yaşayır.

Putinin yaxın çevrələri ilə fikir ayrılıqlarının olduğu, yaxın kadrlarından birinin isə bir neçə həftə əvvəl şəxsən buna etiraz etdiyi və ikisi arasında ciddi fikir ayrılığının olduğu vurğulanıb.

Putinə qarşı çıxan heyət Rusiyanın Ukrayna müharibəsini idarə etmə tərzindən narahat olduqlarını bildiriblər. Putinin qismən səfərbərlik qərarından sonra reaksiyaların artdığı qeyd edilir və bildirilir ki, ABŞ kəşfiyyat orqanları bu məlumatı prezidenti Co Baydenə çatdırıblar.

Mənbələr iddia edir ki, Putinin yaxın ətrafı müharibənin idarə olunması və qəbul edilən qərarlardan narazıdır.

“Washington Post” qəzeti hansı məmurun Putinlə üz-üzə gəldiyini yazmasa da, bu ad rəsmi kəşfiyyat sənədlərində yer alıb.

Məlumat üçün qeyd edək ki, Ukrayna müharibəsinə görə, Rusiya hakim dairələri arasında fərqli fikirlərin olması yeni deyil. Bir sıra mütəxəssislərin qənaətincə, hazırda Rusiya hərbi sənaye təmsilçiləri ilə xüsusi xidmət orqanları arasında ciddi mübarizə gedir. Hətta Rusiyanın qismən səfərbərlik qərarından sonra təhlükəsizlik sektoruna aid olan strukturların hərbi sənaye təmsilçilərinin nüfuzuna ciddi zərbə vurduğu da səslənən iddialar arasındadır. Ehtimal olunur ki, bu mübarizə əsasən xüsusi xidmət orqanlarının başındakı Nikolay Patruşevlə hərbi sənaye və rus ordusunun aparıcı fiquru Roqozin arasındadır.




Bölməyə aid digər xəbərlər