12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “İlham Əliyev Praqa görüşündə tam qələbə qazandı”
Tarix: 07-10-2022 15:50 | Bölmə: Slayd
Professor: “İlham Əliyev Praqa görüşündə tam qələbə qazandı”

“Praqa görüşünün əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Çünki Azərbaycan prezidenti İlham Əliyev əslində üç tərəflə danışıqlarda tam qələbə qazandı. Burada əsas uğur odur ki, Ermənistan Alma-Ata Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etdi”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev Avropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında görüşdən danışarkən deyib.

C. Nuriyev bildirib ki, Avropa İttifaqının əsas məqsədi Qafqaza daxil olmaq idi və bunu bacardılar: “Digər tərəfdən, Azərbaycan öz ərazisində Avropa missiyasının yerləşməsinə icazə vermədi, sərbəst siyasət yürütdüyü göstərdi. Nəhayət, Azərbaycan Rusiya ilə qarşıdurmadan faktiki olaraq yayına bildi. Bu, çox düzgün və olduqca incə məsələdir”.

Professorun fikrincə, bu gün Sankt-Peterburqda baş tutacaq görüşdən də çox şey asılıdır.

C. Nuriyev qeyd edib ki, Rusiya Praqa prosesini pozmayacaq, amma Ermənistanla üz-üzə gələcək. O, əlavə edib ki, sərhədlərin delimitasiyası aparılmalıdır: “Sərhəddin Ermənistan hissəsində rus qoşunları dayanır. Hazırda Ermənistan-Türkiyə və İran-Ermənistan sərhədlərini rus qoşunları mühafizə edir. Son hadisələr zamanı Qazax istiqamətində də rus sərhədçiləri görünüb. Ruslar vəziyyətdən istifadə edərək ora gəlib. Ermənistan hüquq baxımdan Rusiyanı pis günə qoydu”.

Avropa İttifaqı missiyasının Ermənistana gələcəyinə diqqət çəkən müsahibimizin sözlərinə görə, bu, mülki missiya olsa da, hesabatlarında yəqin ki, rus ordusundan da bəhs edəcəklər. Bu isə Rusiyanın Ermənistana qarşı mövqeyi dəyişəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər