12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Dünya böyük terrora göz yumur
Tarix: 09-10-2022 11:02 | Bölmə: Slayd
Dünya böyük terrora göz yumur

Terror dil, din, millət tanımır. Buna görə də terrorla mübarizə tərəfsiz olmalı, milli və siyasi maraqlar çərçivəsində olmamalıdır.

İki il öncə, 2020-ci ilin oktyabr ayı işğalçı Ermənistanın Azərbaycan şəhərlərini bombalaması ilə tarixə düşdü.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə intensiv atəşə tutuldu. Xüsusilə 17 oktyabr 2020-ci ildə törədilmiş terror hadisəsi insan tələfatı və külli miqdarda dağıntılarla nəticələndi.

Təəssüf ki, geridə qoyduğumuz iki il ərzində erməni terroruna beynəlxalq səviyyədə heç bir hüquqi qiymət, ədalətli reaksiya verilməyib.

İki il öncə Azərbaycanın üzləşdiyi problemlə, bu gün Ukrayna üzləşir. Amma Azərbaycana qarşı törədilmiş ağır cinayətlə müqayisədə, Ukrayna müharibəsində dünyanın terrora münasibətinin tam əksini görürük.

Ukrayna şəhərlərini bombalayan Rusiyaya qarşı beynəlxalq səviyyədə haqlı mövqe sərgilənir. Əlbəttə, bu belə də olmalıdır. Lakin Kiyevi bombalayan Rusiya ilə Gəncəni bombalayan Ermənistan arasında heç bir fərq yoxdur.

İki il öncə Gəncəyə olan dörd terror aktı nəticəsində 26 nəfər həlak olub. Onlardan 1-i körpə, 5-i uşaq, 10-u qadındır. Yaralanan 175 nəfər arasında 32-sinin uşaq, 57-sinin qadın olması, həm də qadın və uşaq hüquqlarının pozulması, hərbi cinayətin ən ağır nümunəsidir.

Bir daha deyirəm, terrorun milləti də, dini də, irqi də olmur. Buna görə də terrorla mübarizə tərəfsiz milli və siyasi maraqlar çərçivəsində olmamalıdır.

Turan RZAYEV
Politoloq




Bölməyə aid digər xəbərlər