12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 85 hərbçimiz yaralanıb
Tarix: 10-10-2022 11:50 | Bölmə: Slayd
Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 85 hərbçimiz yaralanıb

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlayaraq zərərsizləşdirib.

Reyting.az
xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə keçirilən “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransda Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov bildirib.

Elşad Əbilov qeyd edib ki, bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb.(APA)




Bölməyə aid digər xəbərlər