12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Daha bir ölkə müharibəyə hazırlaşır
Tarix: 10-10-2022 14:37 | Bölmə: Slayd
Daha bir ölkə müharibəyə hazırlaşır

Daha bir ölkə müharibə hazırlıqlarına başlayıb.

Reyting.az
xəbər verir ki, “Əsl müharibəni simulyasiya etdiyini” bildirən Şimali Koreya hətta hədəflərini də açıqlayıb.

Məlumata görə, ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə ardıcıl raket sınaqları ilə cavab verən, sınaqların hər iki ölkənin potensial hədəflərini “vurmaq və məhv etmək” üçün olduğunu bildirən Şimali Koreyanın açıqlaması gərginliyi daha da artırır.

Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirir ki, raket sınaqları ABŞ və Cənubi Koreya qüvvələrinin son dəniz təlimlərinə cavabdır.

Agentlik, Şimali Koreyanın düşmənlərinə xəbərdarlıq göndərmək üçün “əsl müharibəni simulyasiya etmək” qərarına gəldiyini vurğulayıb.



Ölkəni “dəmir yumruq”la idarə edən Kim Çen In yaxın həftələrdə daha çox sınaq keçiriləcəyinə işarə edib.

Cənubi Koreya, Yaponiya və ABŞ-ın 5 il sonra təşkil etdiyi ortaq hərbi təlimləri görməyə gedən ABŞ-ın vitse-prezidenti Kamala Harris isə ölkəsinin Şimali Koreyaya düşmənçiliyindən və Cənubi Koreyaya verdikləri sarsılmaz dəstəkdən söz açıb. Paytaxt Seula da gedən Harrisə “Xoş gəldin!” - deyən Şimali Koreya həftədə 4 dəfə raket ataraq ABŞ-ın yüksək səviyyəli nümayəndəsini qarşılayıb.

Qeyd edək ki, Cənubi Koreyanı Şimaldan qorumaq üçün ABŞ-ın bölgədə 28.500-ə yaxın əsgəri var.

May ayında vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidenti Yoon Suk-yeol dövründə iki ölkə sırf müdafiə xarakteri daşıdığını iddia etdikləri birgə təlimləri artırıb. Harris Seula gəlməzdən bir qədər əvvəl Vaşinqton irimiqyaslı birgə hərbi dəniz təlimi keçirmək üçün nüvə enerjisi ilə işləyən “USS Ronald Reagan” təyyarədaşıyan gəmisini Cənubi Koreyaya göndərib. Bu cür təlimlər isə Şimali Koreyanı qəzəbləndirir.





Bölməyə aid digər xəbərlər