12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Ukraynanı İran PUA-ları ilə vurur - Zelenski
Tarix: 10-10-2022 15:00 | Bölmə: Slayd
Rusiya Ukraynanı İran PUA-ları ilə vurur

“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları ilə vurur”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Teleqram” kanalında bildirib.

Ukraynanın terrorçularla mübarizə apardığını qeyd edən V. Zelenski diqqətə çatdırıb ki, Rusiyanın daha iki hədəfi var:

“Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır”.

Dövlət başçısı əhalidən sığınacaqlarda qalmağı xahiş edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib.

Rusiya Müdafiə Nazirliyi isə Ukraynada hədəf alınmış bütün obyektlərin vurulduğunu bəyan edib:

“Bu gün Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi komandanlıq və idarəetmə obyektlərinə, rabitə və enerji sistemlərinə uzaqmənzilli dəqiqlikli silahlarla kütləvi zərbə endirib - zərbənin məqsədinə nail olunub, bütün təyin olunmuş obyektlər vurulub".




Bölməyə aid digər xəbərlər