12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin Türkiyə üzərindən Avropaya qaz tədarükü təklif edir
Tarix: 12-10-2022 16:03 | Bölmə: Slayd
Putin Türkiyə üzərindən Avropaya qaz tədarükü təklif edir

Rusiya prezidenti Vladimir Putin Avropaya qaz tədarükü üçün Türkiyə formulunu təklif edib.

Reyting.az
-ın xəbərinə görə, V. Putin belə bir təklifi Rusiya enerji həftəsi konfransında səsləndirib.

Putin Rusiyanın enerji müqavilələri ilə bağlı öhdəliklərini yerinə yetirdiyini bildirirərək deyib ki, “Şimal axını”nın təmiri mümkündür.

Prezident əlavə edib ki, Rusiya “Şimal axını-2” ilə qaz tədarük etməyə hazırdır.

Putin Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa da hazır olduğunu vurğulayıb.

“Türkiyədə Avropa üçün böyük təbii qaz qovşağı yaradıla bilər. Rusiya qış da daxil olmaqla, Avropaya enerji çatdırmağa hazırdır. Top onların meydanındadır”,- deyib.

Neft hasilatının əvvəlki ilə nisbətən daha çox olduğunu vurğulayan Putin Rusiyanın yerli valyutalarla sövdələşmələrini davam etdirəcəyini bildirib.

Rusiyanın “Şimal axını” qazını Qara dənizə yönləndirə biləcəyini deyən Putin, Moskvanı enerji qiymətlərində ittiham etməyin mümkün olmadığını diqqətə çatdırıb.

Rusiya prezidenti Qərb ölkələrini də ittiham edib. Bəyan edib ki, bundan sonra Rusiya qiymət məhdudiyyəti tətbiq edən ölkələrə neft və qaz satışını dayandırıacaq:

"Rusiya sağlam düşüncəyə zidd hərəkət etməyəcək, başqasının rifahını öz hesabına təmin etməyəcək. Biz enerji resurslarının qiymətlərini məhdudlaşdıran ölkələrə tədarük həyata keçirməyəcəyik. Neftin qiymətinə yuxarı həddin tətbiqi digər sənaye sahələrindəki məhsulların qiymətinə məhdudiyyətlərin qoyulması üçün katalizator ola bilər. Bu da 2022-ci ildə təbii qazın spot qiymət mexanizmi Avrozona üçün ÜDM-nin, təxminən, 2 faizi qədər, yəni 300 milyard ABŞ dollarından çox itkiyə səbəb olacaq".

Putinin sözlərindən bir neçə dəqiqə sonra “Qazprom”dan da açıqlama gəlib. Açıqlamada sözügedən obyektin Avropa Birliyinin sərhədinə yaxın bir nöqtədə qurula biləcəyi ifadə edilib.

“Qazprom” “Şimal axını”nda bərpa işlərinin bir ildən az vaxt aparacağını vurğulayıb.

Xatırladaq ki, forumda Azərbaycanın energetika naziri də iştirak edir.





Bölməyə aid digər xəbərlər