12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Moskva və Vaşinqton Putin-Bayden görüşünə təşəbbüs göstərmir
Tarix: 12-10-2022 17:33 | Bölmə: Slayd
Moskva və Vaşinqton Putin-Bayden görüşünə təşəbbüs göstərmir

Rəsmi Moskva ABŞ prezidenti Co Baydenin, NATO baş katibi Yens Stoltenberqin, habelə G7 ölkələrinin Rusiyaya qarşı davranışlarını qiymətləndirib.

Reyting.az
-ın məlumatına görə, Kremldən verilən son açıqlamada bildirilir ki, Putin-Bayden görüşü üçün nə ABŞ, nə də Rusiya heç bir təşəbbüs göstərmir.

Ukraynanın paytaxtı Kiyevə raket hücumundan sonra Kremlin sözçüsü Dmitri Peskov G7 ölkələri və NATO-nun dünənki açıqlamalarını dəyərləndirərkən deyib ki, Stoltenberqin Ukrayna ilə bağlı açıqlamalarının NATO-nun bu müharibədə Ukrayna ilə birlikdə vuruşduğunu təsdiqləyir.

Xatırladaq ki, Stoltenberq dünən “Putin qalib gəlsə, bu, təkcə Ukrayna üçün böyük məğlubiyyət deyil, hamımız üçün məğlubiyyət və böyük təhlükə olacaq”, - deyib.

Qeyd edək ki, Y. Stoltenberq bu gün Brüsseldə verdiyi açıqlamada Ukrayna hava məkanının qorunmasına çağırış edib. Baş katib deyib ki, NATO müttəfiqlərinin hava sisteminin təmin edilməsi ilə bağlı mövqeyini alqışlayır: “Almaniyadan gətirilən sistemlər vacibdir. Son günlər Ukraynaya dəhşətli hücumlar olub. Qış yaxınlaşdıqca Ukraynanın hava sisteminə ehtiyacı olduğu bir həqiqətdir”.

Stoltenberq diqqətə çatdırıb ki, Rusiya daha on minlərlə əsgər səfərbər edir: “Onlar Ukrayna ərazilərini qeyri-qanuni ilhaq etməyə çalışırlar və biz, Ukrayna şəhərlərinə ayrı-seçkilik etmədən hücumların şahidi olmuşuq. Təbii ki, biz, Moskvadan üstüörtülü nüvə təhlükələri haqqında da eşitdik. Bütün bunlar onu fevral ayından bəri ən ciddi eskalasiya edir”.




Bölməyə aid digər xəbərlər