12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır
Tarix: 13-10-2022 09:48 | Bölmə: Slayd
Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 30 il və 25 milyard dollar lazımdır

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astanada keçirilən AQFET-in VI Zirvə Toplantısında çıxışı zamanı deyib.

İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Prezident diqqətə çatdırıb ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 il vaxt və 25 milyard ABŞ dolları lazımdır.




Bölməyə aid digər xəbərlər