12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb - Detallar
Tarix: 13-10-2022 13:00 | Bölmə: Slayd
Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb

Azərbaycan Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıb.

Nazirlər Kabinetindən Reyting.az-a bildirilib ki, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının Katibliyi Nazirlər Kabinetinin Aparatında şöbə hüququnda və 5 ştat vahidindən ibarət olmaqla təşkil edilib.

Katiblik:

- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyət planını, Komissiyanın, ekspert qrupunun və işçi qrupun iclaslarında baxılacaq məsələlərin layihələrini, həmçinin hüquqi aktların layihələrini ekspert qrupunun və ya işçi qrupun üzvlərinin iştirakı ilə hazırlayır və müzakirəsini təşkil edir.

- Komissiyanın səlahiyyətlərinə aid məsələləri baxılmaq üçün Komissiyanın, ekspert qrupunun və ya işçi qrupun iclaslarına çıxarır;

- aidiyyəti dövlət orqanlarından (qurumlarından), mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə və təşkilatlardan iclaslarda baxılan məsələlərlə bağlı məlumat, rəy və təkliflər alır;

- Komissiyanın, ekspert qrupunun və işçi qrupun fəaliyyətini təşkil və koordinasiya edir, Komissiyanın kargüzarlıq işlərini aparır, iclasların protokollarını tərtib edir və iclasların yekun sənədlərinin layihələrini Komissiyanın sədrinə təqdim edir;

- Komissiyanın qəbul etdiyi qərarların həyata keçirilməsi ilə əlaqədar zəruri tədbirlər görür, Komissiya tərəfindən həyata keçirilməli olan tədbirlərin monitorinqini aparır, nəticələri barədə aidiyyəti üzrə təqdim edilməsi üçün hesabatlar hazırlayır;

- Komissiyanın iclaslarında baxılan məsələlər və qəbul edilən qərarlar barədə məlumatların Komissiyanın sədrinin razılığı ilə kütləvi informasiya vasitələrində yayılmasını təmin edir;

- Komissiyanın fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər işləri həyata keçirir.




Bölməyə aid digər xəbərlər