00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Tehran əl çəkmir: İrəvanı dəstəkləyir, Bakını hədələyir
Tarix: 14-10-2022 14:58 | Bölmə: Slayd

İran Prezident Administrasiyasının nümayəndəsi Məhəmməd Cəmşidi bildirib ki, rəsmi Tehran bölgədəki tarixi sərhədlərin və Ermənistanla tranzit marşrutların dəyişdirilməsini qəbul etməyəcək. O deyib ki, İran prezidenti Rəisi bu mövqeyini Astanada səfərində Azərbaycanın dövlət başçısı ilə görüşdə bir daha təkrarlayıb.
“Prezident Rəisi bir daha xatırladıb ki, tarixi sərhədlərdə, regional geosiyasətdə və İran-Ermənistan tranzit marşrutlarında istənilən dəyişikliyə İran qəti şəkildə cavab verəcək”, - Cəmşidi deyib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Aşura” regional qərargahının Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlim keçirəcəyi də bu aspektdən diqqət çəkir.
Nə baş verir?
Rəsmi Tehran M. Cəmşidinin son açıqlaması və Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimin planlaşdırılması ilə Bakıya “qərarlı” olduğunu göstərməyə çalışır. Lakin bunların fayda verəcəyi inandırıcı deyil. Rəsmi Bakı İranın bu kimi təzyiqləri ilə dəfələrlə qarşılaşıb və onların heç biri Azərbaycanın bölgə siyasətinə əhəmiyyətli şəkildə təsir etməyib.

İran isə öz ənənəvi siyasətinə sadiq qalaraq ermənipərəst və anti-Azərbaycan xəttini davam etdirir. Cəmşidinin “İran-Ermənistan tranzit marşrutları”na guya hansısa təhlükə yaranacağı barədə sözləri cəfəngiyyatdan başqa bir şey deyil. Bu ölkə 30 illik işğal dövründə bir dəfə də olsun, Ermənistanın sərhədləri işğal yolu ilə dəyişdirməsinə etiraz etməyib. Əksinə, rəsmi Tehran hər zaman Ermənistanı müdafiə edib. Bu da azmış kimi, İran şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərində qarət və talançılıq yaxından iştirak ediblər.
İran ermənipərəst siyasətini açıq müstəviyə keçirib
Aydın məsələdir ki, İran sadəcə, Azərbaycanın güclənməsinə qarşı çıxır və 44 günlük savaşda bunu bir daha göstərdi. 44 günlük Vətən müharibəsi dövründə İran rəhbərliyi ən sonuncular sırasında, artıq müharibənin taleyinin həll edildiyinı və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra ölkəmizə dəstək ifadə edən bəyanat verib. Amma müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edib.
Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri indi Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər.

İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. Bu gün İranda 100 min erməni yaşayır. İranın Konstitusiyanın 15-ci və 19-cu maddələrinə əsasən, ölkədə yaşayan bütün etniklər öz ana dilində təhsil almalı, vətəndaş hüquqlarına malik olmalıdırlar. Buna baxmayaraq, İranda yaşayan qeyri-fars xalqları arasında yalnız ermənilərin ana dilində məktəbləri var. İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetlərdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Paytaxt Tehranda sırf ermənilər üçün 23 məktəb var. Eyni zamanda ermənilərin milli və dini bayramlarını qeyd etmək hüququ rəsmi şəkildə tanınır. Erməni Qriqoryan kilsəsinin İran üzrə Atropaten, Tehran və İsfahan yeparxiyaları fəaliyyət göstərir. Bu yeparxiyaların tərkibinə 40 kilsə daxildir. Cəmi 100 min erməniyə məxsus bu sərbəstliyin yüzdə biri İranda çoxluq təşkil edən 45 milyon azərbaycanlıya verilmir.
İran hakimiyyəti azərbaycanlıları bütün hüquqlardan məhrum edib, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alıb. İranda azərbaycanlıların hər hansı birlik, təşkilat yaratması hakimiyyətə və dövlətə qarşı təhdid kimi dəyərləndirilir və buna qarşı sərt addımlar atılır.
Molla rejiminin üsul-idarəçiliyi məhvə məhkumdur
İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət əslində, bu ölkənin əsl mahiyyətini göstərir. Hazırda İranda cərəyan edən hadisələr, kütləvi etirazlar, iğtişaşlar insanların molla rejiminin tətbiq etdiyi üsul-idarə ilə artıq barışmadığını göstərir.

İran cəmiyyəti artıq din amilindən istifadə etməklə bütün hüquq və azadlıqlarının məhdudlaşdırılmasını, orta əsr təfəkkürünü, teokratik idarəçiliyi, anti-insani davranışı qəbul etmir.
İrandakı sosial vəziyyət, hətta şah rejimindən daha pisdir. Rejim özü bunun fərqində olsa da, hələ də effektiv addımlar atmır. Əksinə, Qərblə rəqabət fonunda nəticə əldə etməyə çalışır. Hazırkı etiraz aksiyalarının tempi belə davam edərsə, rejimin devrilməsi ilə nəticələnə bilər.
Turan RZAYEV
Politoloq
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib