12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi ekspert: “Belarus Ukrayna ilə müharibəyə başlasa...”
Tarix: 15-10-2022 11:48 | Bölmə: Slayd
Hərbi ekspert: “Belarus Ukrayna ilə müharibəyə başlasa...”
Azad İsazadə

“Belarusun Ukrayna ilə müharibəyə başlamaq riski var. Amma Belarus müharibəyə qoşulsa, bu, prezident Lukaşenkonun sonu demək olardı. Qənaətimcə, hazırda Lukaşenko vəziyyətdən çıxış yolu axtarır. Putin onu müharibəyə cəlb etmək üçün əlindən gələni edir. Lukaşenko Ukraynaya qarşı müharibəyə qoşulsa, bu, Belarus üçün pis olacaq. Odur ki, Lukaşenko hazırda çətin vəziyyətlə üzləşib”.

Bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə Belarusun Rusiyanı dəstək məqsədilə Ukraynaya qarşı müharibəyə qoşulması üçün aparılan hazırlıqlardan danışarkən deyib.

A. İsazadə bildirib ki, Ukrayna ordusu Belarusla sərhəddə hazır vəziyyətdə gözləyir:

“Müharibənin getdiyi 8 aylıq qaynar mərhələdə Ukrayna Belarus sərhədində real qoşun saxlayıb, sərhədi minalayıb. Nəzədə alınmalıdır ki, Belarus Silahlı Qüvvələri II Dünya Müharibəsindən sonra hər hansı müharibədə iştirak etmədiyi üçün döyüş təcrübəsi yoxdur. Belarus Ukraynaya hücum etsə, bu, Kiyev üçün çətin olsa da, Belarus ordusunu darmadağın edəcək”.

Hərbi ekspert iddia edir ki, Belarus müharibəyə başlayacağı təqdirdə ordusu Ukrayna tərəfə keçə bilər: “Belaruslar üçün Ukrayna düşmən deyil, qonşu ölkə, qardaş xalqdır. Hazırda Ukrayna tərəfindən ruslara qarşı vuruşan kifayət qədər belaruslu var. Yəni texnika və silahla Ukrayna tərəfə keçə və ya Lukaşenkonun əleyhinə çıxış edə bilər. Odur ki, Lukaşenko müharibəyə qoşulmaqdan maksimum çəkinir, amma Rusiya ona təzyiqləri artırır və müharibəyə cəlb etməyə çalışır. Dözməsə, Lukaşenko onu qoruyan bilən yeganə dayağını - Silahlı Qüvvələrini itirəcək”.

Müsahibimiz diqqətə çatdırıb ki, Ukrayna ordusunun iki cəbhədə vuruşmaq təcrübəsi var: “İndi Ukrayna ordusu iki istiqamətdə - Xerson və Donetsk cəbhəsində savaşır. Təxminən 100 minlik qoşununu da Belarus istiqamətində saxlayır. Yəni Belarus hücum edəcəksə, Ukrayna qoşunlarını bu istiqamətə gətirməyəcək. Burada qoşun birinci gündən dayanıb və Belarusdan zərbə anını gözləyir”.

Ukraynanın kifayət qədər müdafiə imkanlarının olduğunu qeyd edən hərbi ekspert bildirib ki, hazırda Ukrayna ordusu əks-hücum kampaniyasını davam etdirir və bu, onlar üçün çətindir. Amma Belarus istiqamətindən hücum olarsa, Ukrayna ordusu müdafiə mövqeyi tutacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər