12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Putin qorxudur, yoxsa...
Tarix: 15-10-2022 12:59 | Bölmə: Slayd
Putin qorxudur, yoxsa...

“Rusiya prezidenti Vladimir Putin birbaşa nüvə silahının tətbiqini nəzərdə tutur. O, nüvə müharibəsinə işarə edir. Nüvə savaşının isə qalibi olmur. Nüvə savaşı insanların taleyinə birbaşa təsir edə, hətta dünya sütununun məhvinə səbəb ola bilər. Strateji nüvə silahlarından istifadə olunsa, dünya buna dözə bilməz. Mən hesab edirəm ki, prezident Putin bunu nəzərdə tutur”.

Bu sözləri Reyting.az-a Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Rusiya lideri Putinin “NATO və Rusiya arasında birbaşa qarşıdurma dünyada fəlakətə səbəb olar”,- bəyanatını şərh edərkən deyib.

N. Cəfərlinin fikrincə, Putinin bu bəyanatında şantaj elementləri də var:

“Təkcə şantaj yoxdur, həm də daima nüvə silahından istifadə edə biləcəyi təhdidini əlində saxlamaqla Ukrayna cəbhəsində ciddi uğursuzluqları zamanı qarşısını ala biləcək addım kimi də xəbərdarlıq edir. Yəni, “Əgər Ukrayna ordusu işğal edilən əraziləri geri qaytararsa, əks-hücumlarını genişləndirərsə, bunun qarşısını almaq üçün nüvə silhından istifadə edə bilərəm”, - mesajını verir. Odur ki, bu fikirlərinin içərisində həm təhdid, həm də gələcəkdə atıla biləcək addımların ipucu var”.


N. Cəfərli

N. Cəfərli qeyd edib ki, hazırda Rusiya ilə NATO-nun birbaşa qarşıdurması real görünmür: “NATO ölkələri Ukraynaya dəstək verir, amma birbaşa savaşda iştirak etmir. Odur ki, NATO-Rusiya qarşıdurması indiki vəziyyətdə real görünmür”.

Onu da qeyd edək ki, V. Putin Astanadakı toplantından sonra NATO ölkələrini müharibənin uzanmasında ittiham edib. Rusiya prezidenti deyib ki, NATO ilə birbaşa savaş dünyada fəlakətə səbəb olar: “Onlar çox böyük səhvlər edir. Məsələn, Almaniyanın Ukrayna məsələsində böyük xətası var. Əlbəttə, Ukraynada davam edən əməliyyatlar xoş deyil, ancaq doğru olanı budur, nə etmək gərəkdirsə, onu edirik".

Reyting.az




Bölməyə aid digər xəbərlər