00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

İran daha sərt sanksiyalarla üzləşəcək
Tarix: 17-10-2022 16:55 | Bölmə: Slayd

Rusiyanın Ukraynaya qarşı hücumlarda İran istehsalı olan pilotsuz təyyarələrdən istifadə etməsi rəsmi Tehrana qarşı təxirəsalınmaz tədbirlərin görülməsini gündəmə gətirib. Artıq İranın bu hərəkətləri Avropada reaksiya doğurub. Hətta İrandan Rusiyaya yeni silah göndərildiyi və silahların yolda olduğu da bildirilir. Avropa İttifaqı bəyan edib ki, əgər iddialar doğrudursa, sanksiyalar tətbiq edilməlidir.
Reyting.az xəbər verir ki ABŞ-da nəşr edilən “Washington Post” da İran rəhbərliyinin Ukrayna ilə müharibədə Rusiyaya silah dəstəyindən yazıb.
Qəzet iddia edir ki, İran Rusiyaya yeni PUA və raketlər çatdırmağa hazırlaşır. ABŞ-ın müttəfiqi olan bir ölkənin iki yüksək rütbəli rəsmisinə əsaslanan qəzet yazır ki, İran Rusiyaya silah, o cümlədən “Fatih-110” və “Zülfiqar” raketləri çatdıracaq: bu ballistik raketlər 300 və 700 kilometr mənzilə sahibdir.
İranın həmçinin əlavə pilotsuz uçuş aparatları (PUA), o cümlədən partlayıcı maddələr daşıyan və 2400 kilometrə qədər məsafədəki hədəfləri vuran onlarla “Mohajer-6” və “Şahed-136” kamikadze pilotsuz təyyarələrini tədarük etməyə hazırlaşdığı bildirilir.
Digər tərəfdən, Ukrayna rəsmiləri bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə ard-arda həyata keçirilən hücumlarda kamikadze dronlardan istifadə edildiyini açıqlayıblar. İddia görə, bunlar İran istehsalı olan “Şahed-1362” tipli kamikadze dronlardır.
Avropa İttifaqına (Aİ) üzv olan bəzi dövlətlər İranın Ukrayna müharibəsində Rusiyaya silah dəstəyinin sübuta yetiriləcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyaların tətbiqini tələb ediblər.
İran isə Rusiyaya silahlı pilotsuz uçuş aparatı (SİHA) verməsi ilə bağlı ittihamları rədd edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənan “Biz müharibədə heç bir tərəfə silah verməmişik”,- deyib.
Kreml məsələyə şərh verməyib.
Lüksemburqda keçiriləcək xarici işlər nazirlərinin görüşündən əvvəl Avropa Birliyinin xarici siyasət rəsmisi Josep Borrell jurnalistlərə bildirib ki, biz konkret sübutlar (İranın Ukrayna müharibəsində iştirak etməsi) axtaracağıq.
İki diplomatın verdiyi məlumata görə, AB nazirləri pilotsuz təyyarələrə qarşı yeni sanksiyaların tətbiqinə qərar verə bilər.
Xatırladaq ki, bu səhər Ukraynanın paytaxtı Kiyevdə piyadaların və avtomobillərin sıx olduğu saatlarda Rusiya mərkəzi qatar stansiyasına pilotsuz təyyarələrlə hücum edib. Danimarkanın xarici işlər naziri Jeppe Kofod bəyan edib ki, Avropa İttifaqı (Aİ) Kiyevə hücumlara kəskin reaksiya verməlidir.
“Hazırda gördüyümüz odur ki, İran istehsalı olan pilotsuz təyyarələr Kiyevin ortasındakı hücumlarda istifadə olunur, bu, vəhşilikdir", - Kofod bildirib.
Kofod deyib ki, Aİ həm Tehranın Rusiyaya pilotsuz təyyarələr tədarükünə qarşı repressiyaları, həm də əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra İranda başlayan hərəkətlərlə bağlı konkret addımlar atmalıdır.
Almaniyanın xarici işlər naziri Annalena Baerbok isə qeyd edib ki, İranın etirazçılara münasibətinə görə ona qarşı yeni sanksiyalar əxlaq polisini hədəf alacaq. “Bu gün biz qadınlara, gənclərə və kişilərə qarşı qətliam hücumlarına görə cinayətkarları məsuliyyətə cəlb edən əlavə sanksiyalar paketini elan edəcəyik. Onların arasında sözdə əxlaq polisi də var”,- deyə almaniyalı nazir əlavə edib.
İsrailin diaspor naziri Nəçman Şai bildirib ki, İranın Rusiyaya ballistik raketlər göndərməyə hazırlaşdığı xəbərindən sonra İsrail ABŞ və NATO kimi Kiyevə hərbi yardım etməlidir.
“İsrailin bu qanlı qarşıdurmada harada dayanacağına heç bir şübhə yoxdur. Ukraynaya ABŞ və NATO ölkələri tərəfindən verilən hərbi yardımın vaxtı çatıb”,- İsrail rəsmisi deyib.
Qeyd edək ki, hərbi ekspertlər İranın Rusiyaya verdiyi kamikadze dronları Ukrayna üçün yeni təhlükə sayırlar. Mütəxəssislərin fikrincə, bu tip dronlar kiçikdir, daşına biləndir və asanlıqla havada qalır. Kiçik olduqları üçün havada onları aşkar etmək çətindir. Bunlar hədəfi vurduqdan sonra partladıqları üçün intiharçı dronlar kimi də tanınır.
Ukrayna hökuməti bəyan edib ki, Kiyevə edilən son hücumlarda belə dronlardan istifadə olunub. Ukrayna Müdafiə Nazirliyi bu hücumları İranın Təyyarə İstehsalat Sənayesi Şirkəti (HESA) tərəfindən istehsal olunan “Şahed-136” tipli kamikadze pilotsuz təyyarələrin həyata keçirdiyini açıqlayıb. Bundan əlavə, nazirlik Ukrayna ordusunun son 13 saat ərzində 37 “Şahed-136” tipli pilotsuz uçan aparatı və 3 qanadlı raketi zərərsizləşdirdiyini bildirib.
Diqqətə çatdırırıq ki, artıq rəsmi Tehran Rusiyaya gizli silah ötürməyin aqibətinin pis nəticələnəcəyini anladğı üçün Rusiyaya dron vermədiyini bəyan edir və bununla məsuliyyətdən yayınmağa çalışır.
Son olaraq onu da diqqətinizə çatdırırıq ki, Avropa İttifaqı bu gün İranın 11 fiziki və 4 hüquqi şəxsinə sanksiya tətbiq edib.
Sanksiya siyahısına İranın əxlaq polisinin başçısı da daxil edilib. Xarici KİV-lərin iddiasına görə, İrana qarşı daha sərt sanksiyaların tətbiqi nəzərdə tutulur.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib