12:36 / 14-06-2025
Sabah yağış yağacaq
İlham Əliyev bu ölkələrdəki səfirləri və nümayəndləri geri çağırıb - Təyinatlar
Tarix: 18-10-2022 14:39 | Bölmə: Slayd
İlham Əliyev bu ölkələrdəki səfirləri və nümayəndləri geri çağırıb - Təyinatlar

Prezident İlham Əliyev bu gün daha bir neçə sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Digər sərəncamla Oktay Sudef oğlu Qurbanov Azərbaycanın Mərakeş Krallığında, eyni zamanda Mavritaniya İslam Respublikasında, Seneqalda, Malidə, Portuqaliyada, Tunisdə fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Bundan başqa Anar Laçın oğlu İmanov Azərbaycanın Vyetnam Sosial Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Anar İmanov digər sərəncamla Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Şövqi Kamal oğlu Mehdizadə Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Digər sərəncamla Nazim Adil oğlu Səmədov Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın İtaliyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın İtaliyada, eyni zamanda San Marinoda, Maltada fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

***

Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Həmçinin dövlət başçısının digər sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Cəfər Əbdülhüseyn oğlu Hüseynzadə Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.




Bölməyə aid digər xəbərlər