12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Mehriban İmanova Elm Fondunun İcraçı direktoru təyin olunub
Tarix: 18-10-2022 16:29 | Bölmə: Slayd
Mehriban  İmanova Elm Fondunun İcraçı direktoru təyin olunub

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Reyting.az 
xəbər verir ki, sərəncama əsasən, Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.

Qeyd edək ki, 45 yaşlı M.İmanova indiyədək Prezident yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru olub. Dövlət başçısının oktyabrın 15-də imzaladığı fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.




Bölməyə aid digər xəbərlər