12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bank kartlarına müdaxilə təhlükəsi yaranıb - Xəbərdarlıq
Tarix: 19-10-2022 10:13 | Bölmə: Slayd
Bank kartlarına müdaxilə təhlükəsi yaranıb

Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Azərbaycan Mərkəzi Bankının (AMB) “qaynar xətti”nin əməkdaşları adından telefon zəngləri edib, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarını istəyirlər.

Reyting.az
xəbər verir ki, Mərkəzi Bank bununla bağlı əhaliyə müraciət edib.

Mərkəzi Bankın müraciətində qeyd olunur ki, onun əməkdaşları heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu etmir.

Mərkəzi Bank bildirir ki, bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda 3-cü şəxslərə təqdim etməməlidirlər. Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqda dərhal öz banklarına müraciət etmələri, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələri xahiş olunur.






Bölməyə aid digər xəbərlər