12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Qalmaqallı hesabat: müharibə ehtimalı artır, ABŞ Rusiya və Çinə məğlub ola bilər
Tarix: 19-10-2022 13:37 | Bölmə: Slayd
Qalmaqallı hesabat: müharibə ehtimalı artır, ABŞ Rusiya və Çinə məğlub ola bilər

ABŞ-ın nüfuzlu “Heritage Foundation” analitik mərkəzinin ABŞ-ın hərbi gücü ilə bağlı hazırladığı hesabat qalmaqala səbəb olub. Rusiya və Çinlə müharibə ehtimalının artdığı qeyd edilən hesabatda bildirilir ki, ABŞ ordusu mümkün müharibədə nəinki iki dövlətə, hətta ayrı-ayrılıqda heç birinə də qalib gələ bilməz.

Reyting.az
xəbər verir ki, bir tərəfdən Rusiya, digər tərəfdən də Çinlə münasibətləri gərginləşən ABŞ-ın hərbi gücü ilə bağlı yeni hesabat çoxlarını təəccübləndirib.

“Heritage Foundation”un dərc etdiyi hesabata görə, Pentaqon Çin və Rusiyadan gələn mümkün təhdidlərə qarşı ordusunu gücləndirmək üçün mübarizə apardığı bu dövrdə ABŞ ordusunun nəinki iki, hətta bir müharibədə belə qalib gəlmək şansı yoxdur.

Qeyd edək ki, “Heritage Foundation” analitik mərkəzi ABŞ-ın hərbi gücü haqqında müntəzəm illik hesabat hazırlayır və onun sənədləri ciddi qarşılanır. Bu il dərc edilən hesabatda bildirilir ki, illərdir kifayət qədər maliyyələşmə və hərbi prioritetlərin düzgün müəyyən edilməməsi ABŞ ordusunu qlobal səhnədə zəiflədib.

ABŞ mətbuatında geniş əks-səda doğuran hesabatda Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin Sakit okeandakı mövqeyinə görə hər iki cəbhədə müharibə ehtimalının artdığı vurğulanıb.

“Yəni ABŞ mümkün müharibələrə hazırdırmı?” sualı indi ABŞ strateqlərini düşündürən əsas sualdır. Hesabata görə, bu sualın cavabı “yox”dur.

Hesabatda ABŞ-ın hazırkı hərbi gücünün böyük bir regional münaqişə qarşısında ciddi təhdid altında olduğu, eyni anda yarana biləcək iki qarşıdurmada bunun “qeyri-kafi” olacağı iddia edilir.



ABŞ-ın hərbi gücü bütövlükdə nəzərdən keçirildikdə yalnız “zəif” kimi qiymətləndirilə biləcəyinin iddia olunduğu hesabatda ordunun hər bir bölməsinin güc qabiliyyəti və hazırlığı ayrı-ayrılıqda qiymətləndirilib. Bu qiymətləndirməyə görə, yalnız ABŞ ordusunun dəniz piyadaları güclüdür. Kosmik Qüvvələri və Hərbi Dəniz Qüvvələri “zəif” xarakterizə edilsə də, Hərbi Hava Qüvvələri “çox zəif” kateqoriyasına daxil edilib.

ABŞ ordusu üçün bədbin mənzərə yaradan “Heritage Foundation” Vaşinqton administrasiyasının bunun qarşısını almaq üçün gəmilər, raketlər və digər silahlar kimi hərbi texnikaya sərmayə qoymağa hazırlaşmalı olduğunu qeyd edir və bildirir ki, 2023-cü il üçün müdafiə büdcəsi tələb olunanlardan çox uzaqdır.



Sözügedən hesabat bu gün həm ABŞ, həm də dünya mətbuatında geniş işıqlandırılıb. Pentaqonun sözçüsü hesabatı görmədiyini deyərək, şərh verməkdən imtina edib.

Hərbi Hava Qüvvələrinin sözçüsü general Patrik Rayder isə bildirib ki, ABŞ silahlı qüvvələri təcavüzə qarşı durmaqla, münaqişəni dayandırmaqla bütün dünyada ABŞ-ın milli maraqlarını qoruyur.

Reyting.az




Bölməyə aid digər xəbərlər