12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ordumuzun mövqeləri atəşə tutulub
Tarix: 20-10-2022 09:00 | Bölmə: Slayd
Ordumuzun mövqeləri atəşə tutulub

Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.




Bölməyə aid digər xəbərlər