12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Diaspor təşkilatlarındakı fikir ayrılığı Ermənistan əhalisini acınacaqlı vəziyyətlə üzləşdirib
Tarix: 20-10-2022 15:31 | Bölmə: Slayd
Diaspor təşkilatlarındakı fikir ayrılığı Ermənistan əhalisini acınacaqlı vəziyyətlə üzləşdirib

“ABŞ və Fransadakı erməni diasporası Cənubi Qafqazda münaqişənin həllində, sülhün yaranmasında və Ermənistanın qonşu ölkələrlə normal əməkdaşlıq etməsində maraqlı deyillər. Onlar Ermənistanda və Azərbaycan ərazisində yaşayan ermənilərin taleyini düşünmür, münaqişənin davam etməsinə çalışırlar”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, erməni diasporası bir dövlət kimi Ermənistanı yox, xaricdəki erməni şəbəkəsini əsas sayır, bu münaqişədən sui-istifadə edir. Bu isə sülh prosesinə mane olan əsas amildir.

Milli Məclis üzvü əlavə edib ki, Ermənistanda özünü müxalifət adlandıran hərbi cinayətkarlar da revanş və müharibə istəyi ilə İrəvan hökumətinə təzyiq göstərməklə prosesi uzatmağa çalışırlar. A. Mollazadənin fikrincə, revanşist qüvvələr, indiyə qədər xidmət etdikləri “ağaları”nın çıxdaş olduğunu düşünür və yenisini axtarırlar. Bununla vaxt uzadır, sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılmasına mane olurlar.

A. Mollazadə bildirib ki, əslində Ermənistanda və erməni cameəsində faktiki olaraq tarazlıq pozulub. Buna səbəb Kaliforniya və Parisdə yaşayan ermənilərin istək və niyyətlərinin tam fərqli olmasıdır: “Amma Ermənistanda ağır həyat şəraiti və acınacaqlı vəziyyətdə yaşayan erməni əhali sülh istəyir. Bunun üçün də indi erməni sistemində fikir ayrılığı yaradılıb. Üstəlik, belə münaqişələrdən və faciələrdən bəhrələnən erməni diasporu inkişaf etmiş ölkələrdə zəngin şəraitdə yaşayırlar. Həm də münaqişə və faciəvi hallardan istifadə edərək özlərini daha da zənginləşdirirlər. Ermənistanda acınacaqlı durumda yaşayan kasıb ermənilər isə onları maraqlandırmır”.

Reyting.az





Bölməyə aid digər xəbərlər