00:13 / 16-06-2025
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
19:08 / 15-06-2025
İranda indiyədək 128 nəfər həlak olub
16:47 / 15-06-2025
Hidayət Heydərov ilk görüşdə məğlub olub
13:19 / 15-06-2025
Sabah leysan yağacaq, güclü külək əsəcək
13:10 / 15-06-2025
Şıx çimərliyində iki nəfər boğulub - Video
12:59 / 15-06-2025
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
10:00 / 15-06-2025
Mehriban Əliyeva Mlli Qurtuluş Günü ilə bağlı fotolar paylaşıb
09:14 / 15-06-2025
Vəhdət Partiyasının sədri dəyişib - Fotolar
08:50 / 15-06-2025
İranın zərbəsindən sonra İsraildə tədqiqat mərkəzi yanıb
00:49 / 15-06-2025
İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - Foto
00:16 / 15-06-2025
İranda daha bir general həlak olub
00:07 / 15-06-2025
Bu gün Milli Qurtuluş Günüdür
20:24 / 14-06-2025
Ərdoğan İlham Əliyevə zəng edib
19:00 / 14-06-2025
AZAL uçuşların sayını artırır
18:57 / 14-06-2025
İlham Əliyev krala məktub göndərib
18:19 / 14-06-2025
İranın 20-dən çox komandanı zərərsizləşdririlib
18:07 / 14-06-2025
Lənkəranda yeniyetmə dənizdə boğulub
17:50 / 14-06-2025
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
16:01 / 14-06-2025
Ceyhun Bayramov Hakan Fidanla telefonda danışıb
15:09 / 14-06-2025
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14:29 / 14-06-2025
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
13:32 / 14-06-2025
Hikmət Hacıyev: "Azərbaycan Avropa İttifaqı və Çin arasında vacib birləşdirici tərəfdir"
12:36 / 14-06-2025
Sabah yağış yağacaq
11:49 / 14-06-2025
İranın Baş Qərargah rəisinin iki müavini həlak olub
08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
13:40 / 11-06-2025

08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

07:17 / 12-06-2025

07:23 / 13-06-2025

21:06 / 11-06-2025

17:06 / 13-06-2025

22:53 / 11-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

15:00 / 11-06-2025

Rusiya daha bir hərbi üstünlüyünü itirə bilər
Tarix: 20-10-2022 17:03 | Bölmə: Slayd

Ukraynanın ilhaq olunmuş 4 regionunda hərbi vəziyyət elan edən Rusiya prezidenti Vladimir Putin daha böyük məğlubiyyətlə üzləşə bilər. Ekspertlərin fikrincə, Putin, səkkizinci ayını tamamlamaq üzrə olan müharibədə son imkanlarından yararlanır.
Ukraynanın ikinci böyük şəhəri Xarkovu bir neçə gün ərzində itirən Rusiya ordusu, bunun ardınca Donetsk və Luqansk vilayətlərində əsas mövqelərini əldən verib. Xersonda əks-hücumun başladığını bildirən ukraynalılar əvvəlcə Xarkovu işğalçılardan azad edib, şərq cəbhəsindəki uğurun ardınca cənubda - Xerson ətrafında üstünlük qazanıblar.
Reyting.az xəbər verir ki, Putin Ukrayna kabusunu önləmək üçün bir ay ərzində yeni planların icrasına başlayacaq.
Bildirilir ki, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan ilhaq hərəkəti rus işğalçılarının payızın əvvəlindən cəbhədə məğlubiyyətlərini ört-basdır etməsi üçün kifayət deyil. Bu səbəbdən oktyabrın 19-da yeni sənədə imza atan Rusiya prezidenti işğal olunmuş dörd ərazidə hərbi vəziyyət elan edib. Hərbi vəziyyət işğal olunmuş ərazilərdə yaşayan insanlara səyahət qadağası qoymaqla yanaşı, silah sənayesində işləməyə məcbur etməyə də imkan verir. Bundan əlavə, Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrində də məhdudiyyətlər tətbiq olunub.

Xatırladaq ki, getdikcə küncə sıxışdırılan və Krımı Rusiya ilə birləşdirən Kerç körpüsündəki partlayışdan qəzəblənən Putin Ukraynanın bütün şəhərlərinə raket zərbələri endirdib. Rusiyanın cavab tədbirləri xüsusilə Ukraynanın mühüm infrastruktur və enerji obyektlərini hədəfə alıb. Raketlərlə yanaşı, paytaxt Kiyev də daxil olmaqla, bir çox şəhərlərə hücum üçün İrandan alınan kamikadze dronlardan da istifadə edilib.
Hücumlarda diqqət çəkən “S-300”-lərin Ukrayna şəhərlərinə atəş açmasıdır.
Amerikanın “The New York Times” qəzeti V. Putinin Suriyadan əsgərləri və “S-300” hava hücumundan müdafiə sistemlərini Ukraynaya gətirdiyini yazıb. Bu xəbər İsrail ordusunun rəsmisi və iki qərb diplomatına əsaslanır. Qeyd olunur ki, Rusiya Suriyadan iki batalyonunu geri çəkib, daha 1600 əsgəri isə Ukraynaya döyüşməyə göndərib.
“The New York Times” yazır ki, Moskvanın əsas hava hücumundan müdafiə sistemini və əsgərlərini geri qaytarması İsrailin Suriya və Ukrayna siyasətində dəyişikliyə səbəb olub.
Bu arada Ukrayna Rusiyaya 1700 pilotsuz uçuş aparatı satan İranla bütün münasibətləri pozacağına işarə edib. Avropa İttifaqı isə İrana qarşı yeni sanksiyaların tətbiq olunduğunu bildirib. Kiyev administrasiyası da İranın Yaxın Şərqdəki əzəli düşməni olan İsraildən təcili olaraq hava hücumundan müdafiə sistemi tələb etməyə hazırlaşır.
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri ilə danışan İsrailin müdafiə naziri Benni Qantz isə Ukraynaya silah verməyəcəklərini bildirib. B. Qantz qeyd edib ki, onlar İsraildəki kimi hava hücumlarına qarşı erkən xəbərdarlıq sisteminin qurulmasında iştirak edə bilərlər.
Qantzın bəyanatı Kiyev administrasiyasının “Dəmir Qübbə” kimi İsrailin hava hücumundan müdafiə sistemləri üçün rəsmi müraciət edəcəyini bildirməsindən bir gün sonraya təsadüf edib.
“Haaretz” yazır ki, bazar ertəsi axşam Kiyevdən müdafiə naziri B. Qantz və onun həmkarı O. Reznikov arasında telefon danışığı tələbi alınıb, lakin bu, Təl-Əviv tərəfindən rədd edilib. Rusiya elə həmin gün səhər saatlarında İsraili Ukraynaya silah göndərməkdə ittiham edib.
Moskva Suriya addımı ilə İsrailin Ukrayna məsələsinə qarışmasının qarşısını almış kimi görünsə də, cəbhə xəttində işlər yaxşı getmir. Oktyabrın əvvəlindən cənubda yerləşən Xersonda işğal etdikləri torpaqları itirməyə başlayan ruslar, nəhayət, hərbi vəziyyətlə eyni gündə şəhərin boşaldılacağını açıqlayıb. Oktyabrın 18-nə keçən gecə Xerson sakinlərinə rus işğalçılarının telefon operatorlarından dərhal ərazini tərk etmələrini xahiş edən mesajlar göndərilib. Çərşənbə günü köçürülməyə başlayıblar.

Ruslar Xersondan 60 min insanın çıxarılacağını bildirirlər. Müharibədən əvvəl əhalisi təxminən 300 min olan Xersonda indi əhali 150 mindən çox deyil.
Ukraynadakı prosesləri yaxından izləyən Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir ki, ruslar “evakuasiya”nı bəhanə edib, bölgədə yaşayan anti-işğalçı ukraynalıları Xersondan kütləvi şəkildə qovub və “etnik təmizləmə” həyata keçiriblər.
ISW bəyan edir ki, ukraynalılar gələcəkdə Rusiya ordusunda döyüşməyə məcbur ola bilərlər.
ISW-nin məlumatına görə, Dnepr çayının qərb sahilində qalan rus əsgərləri də Krım tərəfə aparılırlar.
İddia olunur ki, həftələrlə Xerson vilayətində rusları yavaş-yavaş dəf edən ukraynalılar çox güman ki, qısa zamanda şəhəri geri alacaqlar.
Rusiya hakimiyyətinin bəyanatlarını təhlil edən ISW yazıb ki, Moskva rus xalqını Xersonun itkisinə hazırlayır. Xarkovda tədricən sahilə çıxana bənzər bir marşrut kimi ruslar Kaxovskaya bəndini bombalamağı və məsuliyyəti ukraynalıların üzərinə atmağı planlaşdırırlar. Dnepr çayında bəndin dağılması Ukraynanın çay sahilində irəliləyişini ləngitmək məqsədi daşıyır.
İddiaya görə, Kreml Kiyev və Xarkovdan sonra üçüncü geri çəkilməsini ört-basdır etmək üçün təxribata əl ata bilər. Oktyabrın əvvəlində V. Putinin Ukraynadakı qüvvələrin komandanı təyin etdiyi general Sergey Surovikin “Xersonda vəziyyət gərgindir”,- sözləri ilə küncə sıxışdırıldıqlarını etiraf edib.
“CNN İnternational”ın xəbərinə görə, Ukrayna qoşunları həftələrdir ki, bütün istiqamətlərdən Xersona yaxınlaşır, avqustun sonundan etibarən Dnepr çayı üzərindəki körpülərin partladılması rusların bölgəyə əlavə qüvvələrin gəlməsini ciddi şəkildə ləngidir.

Onu da diqqətə çatdırırıq ki, Xerson Ukraynada Rusiya tərəfindən işğal edilmiş ilk böyük şəhərdir və hazırda rusların əlində olan yeganə regional mərkəzdir. Krımın şimalında yerləşən şəhər coğrafi mövqeyinə görə xüsusilə əhəmiyyətlidir.
Onu da qeyd edək ki, Ukrayna tərəfi tezliklə mühüm qələbənin qazanılacağını bildirsə də, yer adları çəkilmir. Gündəlik hesabatlar yayan Britaniya kəşfiyyatı isə bəyan edir ki, bu gün rusların Xersonu tərketmə ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:13
İran XİN-in binası vurulub - Ölən və yaralanan var
Dünən, 13:19
Sabah leysan yağacaq, güclü külək əsəcək
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 15:09
Azərbaycan və İran XİN başçıları telefonda müzakirə aparıblar
14-06-2025, 14:29
İranın 9 nüvə alimi öldürülüb - Siyahı
14-06-2025, 08:51
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 22:31
İran İsrailə raket hücumuna başlayıb
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib