12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Almaniyanın qərarı Avropada gərginlik yaradıb
Tarix: 20-10-2022 18:34 | Bölmə: Slayd
Almaniyanın qərarı Avropada gərginlik yaradıb

Almaniyanın enerji böhranına qarşı elan etdiyi 200 milyard avroluq yardım zərfi Avropa İttifaqında gərginliyə səbəb olub. Xüsusən də fransızların Almaniya kansleri Olaf Şoltsa qəzəbli olduğu bildirilir. Fransa prezidenti Emmanuel Makron isə alman həmkarı ilə görüşmək istəməyib və planlaşdırılan illik toplantı təxirə salınıb.

Reyting.az
-ın xəbərinə görə, fevralın 24-də başlayan Ukrayna müharibəsindən sonra soyuq və qaranlıq qışa hazırlaşan Avropa ölkələri Putinin qitəyə verilən qazı kəsməsi ilə başlayan enerji böhranına çarə axtarır.

Xatırladaq ki, enerji böhranı və artan yaşayış xərcləri Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya da daxil olmaqla bir çox ölkəni çətin vəziyyətlə üzləşdirib. Şolts hökuməti isə 200 milyard avroluq yardım zərfi ilə istehlakçılara və müəssisələrə artan enerji qiymətlərinin öhdəsindən gəlməyə kömək edəcəklərini bildirib. Amma Almaniyanın yardım zərfi Avropa Birliyinin nisbətən kasıb ölkələrinin rəqabət qabiliyyətini zəiflədir.

Məlumata görə, Almaniyanın yardım zərfinə ən böyük reaksiyanı Fransa verib. Fransa Avropa İttifaqındakı tərəfdaşının onlarla məsləhətləşmədən belə bir qərar verməsindən narahatdır. Bundan əlavə, Almaniyanın açıqladığı yardım zərfi, Avropa İttifaqının müdafiə layihələri yerinə, ölkənin hərbi potensialını artırmaq üçün alınacaq ABŞ silahlarına 100 milyard avroluq büdcənin xərclənəcəyini nəzərdə tutur.

Qeyd edək ki, Almaniya Avropa Birliyinin müdafiəsi üçün ABŞ silahlarını seçdiyindən Fransa xüsusilə Berlinə qəzəblidir. Almanların da fransız ikiüzlülüyündən və eqoizmindən şikayətləndiyi iddia edilir.

İki ölkə arasında artan gərginlik Avropa İttifaqı ölkələri arasında enerji və müdafiə sahələrində artan bölünməyə işarə etsə də, Almaniya və Fransa arasında illik məsləhətləşmə toplantısının təxirə salındığı məlum olub.

Fransa və Almaniya rəsmiləri iki liderin görüşdən əvvəl daha çox vaxta ehtiyacı olduğunu vurğulayaraq, Makron-Şolts gərginliyi ilə bağlı əlavə məlumat verməyiblər.




Bölməyə aid digər xəbərlər