12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiyalı oliqarxların Türkiyəyə uçuşu Vaşinqtonda narahatlıq yaradır
Tarix: 24-10-2022 17:48 | Bölmə: Slayd
Rusiyalı oliqarxların Türkiyəyə uçuşu Vaşinqtonda narahatlıq yaradır

Rusiya-Ukrayna müharibəsinə görə sanksiyaya məruz qalan rusiyalı oliqarxların lüks yaxtalarının Türkiyəyə gətirilməsi ABŞ-da narahatlığa səbəb olub. ABŞ mediası Egey və Aralıq dənizindəki yaxtaların ətraflı təhlilini dərc edib. Rəsmi şəxslər məsələ ilə bağlı qorxulu ssenarilər irəli sürüblər. Rusiyalı milyarder Abramoviçin yaxtası ilə bağlı paylaşılan məlumatlar isə təəccüb doğurur.

Reyting.az
xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ və Avropa Birliyinin sanksiyasına məruz qalan rusiyalı oliqarxlar çarəni əmlaklarını qaçaqmalçılıq yolu ilə Avropa və ABŞ-dan çıxarmaqda görüblər. Super yaxtaların və şəxsi təyyarələrin ən populyar marşrutu Türkiyə olub.

ABŞ-ın popuyar “New York Times” qəzeti Rusiya-Ukrayna müharibəsinə görə sanksiyaya məruz qalan rusiyalı oliqarxların yenidən lüks yaxta və gəmilərini Türkiyənin ərazi sularında gizlətməyə başladığını yazıb. Araşdırma aparan və cari məlumatları təhlil edən qəzet, ümumi dəyəri milyardlarla dollar olan gəmilərin Egey və Aralıq dənizi sahillərində lövbər saldığını bildirib.

R. Abramoviç də daxil olmaqla bir çox oliqarxın bahalı qayıqlarının NATO üzvü Türkiyə sahillərində olduğunu vurğulayan “New York Times” bu vəziyyətin Vaşinqtonda reaksiyaya səbəb olduğunu yazıb.

“Türkiyə sularında Rusiyanın superyaxta donanması Ankara ilə Vaşinqton arasında gərginliyi artırır: Rusiyanın Türkiyənin maliyyə sisteminə çıxışı potensial olaraq Qərb sanksiyalarını sarsıdır”, - məşhur nəşr ABŞ rəsmilərinə istinadla qeyd edib.

“The New York Times” prezident və hakim AKP sədri Rəcəb Tayyib Ərdoğanın Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid etdiyini xatırladır, bildirir ki, Ərdoğan mart ayında Türkiyənin enerji ehtiyacları və sənaye razılaşmalarına görə sanksiyalar tətbiq edə bilməyəcəyini deyib.

“New York Times”ın təhlilinə əsasən, ümumilikdə, oliqarxlara və sanksiyaya məruz qalmış təşkilatlara bağlı ən azı 32 yaxta ölkə sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilib. Qəzet Rusiya oliqarxlarına məxsus 13 yaxtanın hazırda Türkiyə sularında lövbər saldığını bildirir.

“ABŞ Xəzinə Nazirliyinin köməkçisi Uolli Adeyemo bir türk rəsmisindən sitat gətirib ki, ABŞ rusların sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməsindən narahatdır”.

ABŞ mətbuatı Türkiyəni Amerikanın Rusiyaya qarşı sanksiyalarını pozmaqda ittiham edir. Bildirilir ki, Türkiyədəki bəzi banklar “Mir” ödəmə sistemindən, “Visa” və “MasterCard”-ın rus versiyasından imtina etsə də, ruslara və Rusiyaya xidmət davam etməkdədir.

Türkiyədəki rus sıxlığına diqqət çəkən ABŞ mediası, hətta Ege və Aralıq dənizi bölgələrindəki restoranların da menyularına rusca ifadələr əlavə edildiyini yazıb, Egey və Aralıq dənizinin ruslar üçün cənnətə çevrildiyini iddia edib.

Digər tərəfdən, bu xəbərlərin ortaya çıxması ilə Monakoda yerləşən dənizçilik şirkəti “Imperial Yacht” Türkiyə ərazi sularında satış və ya kirayə qayıqların reklamında ittiham olunub. “The Times” qəzetinin xəbərindən sonra şirkət bu reklamları yığışdırıb. Saytda şirkətin də sanksiyalara məruz qaldığı yazılıb. “New York Times” şirkət rəsmisi ilə əlaqə saxlasa da, rəsmi “Imperial”ın rus oliqarxı ilə kommersiya əlaqələri olduğunu təkzib edib.

ABŞ Xəzinədarlığı və Nyu-York Federal Ehtiyat Sisteminin sanksiyalar üzrə eksperti Daniel Tannebaum deyib: “ABŞ istəsə, yaxtaları Türkiyənin ərazi sularında olsa belə, rus oliqarxlarına qarşı sanksiyalar tətbiq edə bilər. Hökumət əməkdaşlıq etmək istəmir”.

“The New York Times” yazıb ki, Abramoviçin 140 metrlik nəhəng “Solaris” yaxtası onun Türkiyədəki 4 yaxtasından biridir və Bodrumun Yalıkavak bölgəsində dayanır.

Qəzet liman işçisinə istinadla yazır ki, geriyə su və elektrik enerjisi vermək və qalan ehtiyaclarını ödəmək üçün hər gün ən azı 20 ekipaj üzvü çalışır.




Bölməyə aid digər xəbərlər