12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Rusiya Putindən sonrakı liderini seçir - Fotolar
Tarix: 25-10-2022 16:03 | Bölmə: Slayd
Rusiya Putindən sonrakı liderini seçir

Ukrayna müharibəsi başlayandan bəri Rusiya prezidenti Vladimir Putindən sonra ölkəni kimin ələ keçirəcəyi ilə bağlı saysız-hesabsız iddialar səslənir. Ukrayna kəşfiyyatının rəhbəri isə iddia edir ki, Rusiya lideri artıq öz varisini seçib. Onun varisi “Putini Putin edən adam” kimi tanınan Sergey Kiriyenkodur.

Reyting.az
xəbər verir ki, fevralın 24-də Ukrayna müharibəsi başlayandan bəri ən çox müzakirə edilən məsələlərdən biri də Rusiya prezidenti Putin, onun sağlamlığı və varisidir.

Rusiya liderinin səhhəti ilə bağlı çoxsaylı iddialar irəli sürülüb. Onu əvəz edə biləcək şəxslər bir-bir araşdırılıb. Ancaq yeni bir iddiaya görə, Putin özündən ölkəni idarə edəcək şəxsi artıq müəyyənləşdirib.

Britaniya mətbuatının yazdığına görə, Ukrayna Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov iddia edir ki, Vladimir Putindən sonra Rusiyanı Sergey Kiriyenko idarə edəcək.

60 yaşlı Kiriyenko Qərb mediasında “Putinin sirdaşı” kimi qələmə verilir. “Putinin varislik planları haqqında heç kim bilmir, lakin Rusiya lideri Kiriyenkoya tamamilə güvənir”,- Britaniya mətbuatı yazır.



Bəs Putinin varisi kimi seçildiyi iddia edilən Sergey Kiriyenko kimdir?

2016-cı il oktyabrın 5-də Prezident Aparatında yüksək vəzifəyə gətirilən Sergey Kiriyenko yeni dövrün ən görkəmli siyasətçilərindən biri kimi qiymətləndirilir. Putinin bir müddət əvvəl ilhaq etdiyi 4 regionda (Donetsk, Luqansk, Zaporoje və Xerson) keçirilən referendumlara şəxsən cavabdeh olan Kiriyenko Rusiyanın genişlənməsində böyük rol oynayıb və Putinin yanında mövqelərini möhkəmləndirib.

Kiriyenkonun siyasi karyerası və Putinin yanında möhkəm mövqeyi həm heyrətamiz, həm də amansız uğursuzluqlar tarixindən qaynaqlanır.

1998-ci ildə 35 yaşında Rusiyanın o zamankı prezidenti Boris Yeltsin tərəfindən baş nazir təyin edilən Kiriyenko “Rusiyanın ən gənc baş naziri” kimi tarixə düşüb, lakin uzun müddət bu kürsüdə otura bilməyib.

Siyasətdə bir ildən az təcrübəsi olan və gözlənilmədən baş nazir seçilən Kiriyenko Rusiyada “Kinder Surprise” adlandırılıb. Kiriyenko o vaxtkı maliyyə böhranı səbəbindən cəmi 4 ay vəzifəsində qalıb və istefa verməyə məcbur olub.

Qısa müddət ərzində yüksək vəzifədə işləməsinə baxmayaraq, Kiriyenko həyatını dəyişdirən bir addım ataraq, indiki prezident Putini Rusiya kəşfiyyat agentliyi olan FSB-nin rəhbəri təyin edib.



Putin iki il sonra prezident olanda bu yaxşılığın əvəzini çıxıb. O, əvvəlcə Kiriyenkonu Rusiyanın ən mühüm bölgələrindən biri olan Volqaya göndərib, 5 ildən sonra isə “Rosatom” Dövlət Atom Enerjisi Şirkətinin rəhbərliyinə gətirib.

O vaxtdan bəri Putin ilə Kiriyenkonun yolları heç ayrılmayıb. Bu səbəbdən Kiriyenko “Putini Putin edən adam” kimi də tanınır.




Bölməyə aid digər xəbərlər