12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Hərbi ekspert: “İran hərbi təlimlərlə məqsədinə çata bilmədi”
Tarix: 25-10-2022 16:35 | Bölmə: Slayd
Hərbi ekspert: “İran hərbi təlimlərlə məqsədinə çata bilmədi”

“İranın hərbi təlimlər keçirməkdə məqsədi var. Aydındır ki, Rusiya Ukrayna ilə savaşda zəifləyir və çökür. Bu halda Rusiyanın Cənubi Qafqazdakı yerini hansısa qüvvələr tutmağa çalışır. Məsələn, ABŞ, Avropa Birliyi, Türkiyə. Türkiyə çoxdan tutub. İstər istisadi, istərsə də hərbi sahədə. 2020-ci ilin müharibəsi Türkiyənin bu regionda nüfuzunu daha da gücləndirdi. Amma son zamanlar görürük ki, Avropa da bu istiqamətdə aktivləşib. İran da fəallaşmağa başlayır”.

Bu sözləri Reyting.az-a hərbi ekspert Azad İsazadə deyib.

Onun sözlərinə görə, əslində Avropanın Ermənistana sərhəd müşahidəçiləri göndərməsi İranın maraqları baxımdan Tehran üçün arzuedilməzdir. “Nəzərə almaq lazımdır ki, İran Mehri-Qafan-Gorus dəhlizi ilə öz mallarını sanksiyalardan kənar çıxara blirdi. İndi Ermənistanda Avropa müşahidəçilərinin yerləşdirilməsi ilə İran bu dəhlizin nəzarətə götürülməsindən ehtiyatlanır. Ona görə də bəyan edir ki, Ermənistan sərhədlərinin toxunulmazlığı İran üçün “qırmızı xətt”dir”, - A. İsazadə əlavə edib.

Hərbi ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi açılsa, bu, praktiki İran-Ermənistan dəhlizi üzərində keçir, bir növ xaça oxşar marşurut yaranır: “Şərti götürəndə Cəbubdan Şimala İran və Ermənistan dəhlizi olur, Şərqdən Qərbə isə Azərbaycanı Türkiyəyə birləşdirən xətt açılır. Bu halda istər-istəməz Azərbaycan həmin marşurutu nəzarətə götürə bilər”.

A. İsazadə qeyd edib ki, son İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi, rəsmi Tehranın Araz qırağında hərbi təlimlərə başlaması bununla bağlıdır. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycanı hədələməyə cəhdi edir: “Amma mənim qənaətimcə, İran məqsədinə çata bilmədi. Əvvəlki bəyanatlar daha kəskin idi, deyirdilər ki, Azərbaycanda sionistlər var və s. İndisə bir balaca yumşalıb və deyir ki, bu təlimlərin Azərbaycana aidiyyəti yoxdur. Ancaq sözsüz ki, öz düşüncələrinə görə, bu təlimlər Azərbaycana hərbi əzələ nümayişidir. Məqsədə çatmadılar, bir azdan təlimlər bitəcək. Amma bu o demək deyil ki, biz növbəti dəfə belə hadisə ilə qarşılaşmayacağıq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər