12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Avropa Rusiyanın təbii qazından həmişəlik imtina edir
Tarix: 26-10-2022 12:36 | Bölmə: Slayd
Avropa Rusiyanın təbii qazından həmişəlik imtina edir

Avropa İttifaqının (Aİ) energetika nazirləri Lüksenburqda görüşüblər. Görüşdə Rusiyanın təbii qazından asılı olmayan bir gələcək üçün orta və uzunmüddətli perspektivdə görüləcək işlərlə bağlı razılıq əldə olunub, Ukraynaya enerji sahəsində dəstəyin davam etdiriləcəyi bildirilib.

Reyting.az
-ın xəbərinə görə, Avropa İttifaqının (Aİ) energetika nazirləri və Aİ Komissiyasının enerji komissarı Kadri Simsonun görüşündə ev təsərrüfatlarına enerji xərclərini azaltmaq və 2050-ci ilə qədər Aİ-nin bina varlığını karbondan təmizləməyə kömək etmək üçün yenidən işlənən “Binaların Enerji Performansı Direktivi” müzakirə edilib və ümumi razılıq əldə olunub.

Komissiyanın 2021-ci ilin dekabrında qaz bazarlarının dekarbonizasiyası, hidrogenin təşviqi və metan emissiyalarının azaldılması üçün yeni Aİ çərçivəsi təklifinə müraciət olunub, AB Komissiyası Ukrayna və Moldovada enerji sektorunun vəziyyəti barədə nazirləri məlumatlandırıb.

Görüşdən sonra Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela və Aİ-nin enerji komissarı Simson birgə mətbuat konfransı keçiriblər.

Yozef Sikela bildirib ki, qaz bazarını karbonsuzlaşdırmaq üçün prioritet hədəflər var: “Yeni tələblərə uyğunlaşan qaz bazarı haqqında danışmaq lazım idi. Qaz bazarının tənzimlənməsi məsələsini müzakirə etdik. Yeni qaz infrastrukturu ilə bağlı atmalı olduğumuz addımlar var. Qazın nəqli üçün xətlərin çəkilişi sahəsində hidrogen bazarının necə yaradılacağı, tariflərin necə formalaşacağı və hidrogeni mövcud sistemə necə vuracağımız barədə danışmaq lazım idi. Nazirlər Rusiya qazından asılı olmayan gələcək üçün orta və uzunmüddətli perspektivdə nələrin edilməsi lazım olduğuna dair razılığa gəldilər”.

Sikela deyib ki, binaların enerji performansının yaxşılaşdırılması ikinci mühüm məsələdir və Aİ 2050-ci ildə sıfır emissiyanı hədəfləyir.

“Nazirlər tikinti sektorunda enerjiyə qənaət üçün uğurlu mətn üzərində razılığa gəldilər. Növbəti dövrdə Avropa Parlamenti ilə AB Şurası arasında bu mövzuda dialoq başlanacaq. Şura yeni binaların tikilməsini təmin edəcək. 2030-cu ilə qədər sıfır emissiya, 2050-ci ilə qədər izolyasiyada zəif olanlar sıfır emissiyaya sahib olacaqlar”,- deyə nazir bildirib.

Enerji təchizatı baxımından çətin günlər yaşayan Ukrayna və Moldovaya dəstəyə çağırış edən Sikela bildirib ki, Rusiya fasiləsiz hücumları ilə Ukraynanın enerji mərkəzlərini vurur: “Enerji infrastrukturunun 30 faizi məhv edilib. Biz bu hücumları pisləyirik. Moldova üçün də çətin vəziyyət yaranıb. Biz enerji sahəsində Ukraynaya dəstəyimizi davam etdirəcəyik”.

Yüksək qaz qiymətləri və tədarükün təhlükəsizliyi ilə mübarizə üzrə Komissiyanın təklif etdiyi fövqəladə tənzimləmə ilə bağlı işin inkişafı üçün nazirlərlə eyni iclasda iştirak edən Simson tavan qiymət tətbiqini də müzakirə etdiklərini bildirib.

“Birgə qaz alqı-satqısı təşəbbüsü ən qısa zamanda həyata keçirilməlidir. Bu, bütün üzvlərimizin marağındadır. Enerji təminatçılarımızla razılaşma proseslərimizi davam etdiririk. İki gün sonra Norveçlə çox mühüm görüşümüz olacaq. Yeni enerji qiymət indeksi gələn ilin ehtiyatı üçün istifadə ediləcək. AB Komissiyası qaz istifadəsini azaltmaq və qiymət artımlarına nəzarət etmək üçün işlərini davam etdirir. Bundan əlavə, yeni sistemdə aralarında ikitərəfli razılaşma olmasa belə, üzv ölkələr çətin vəziyyətdə olan ölkələri həmrəylik mexanizmi ilə dəstəkləyəcək”, - deyə Aİ-nin enerji komissarı əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər