12:36 / 14-06-2025
Sabah yağış yağacaq
MDB kəşfiyyatçıları xarici QHT-lərlə mübarizə aparacaq
Tarix: 26-10-2022 17:43 | Bölmə: Slayd
MDB kəşfiyyatçıları xarici QHT-lərlə mübarizə aparacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin kəşfiyyat xidmətləri rəhbərlərinin iclasında xarici QHT-lərin regionda vəziyyəti sarsıtmaq cəhdlərinə qarşı əlavə tədbirlər hazırlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bəyanat yayıb.

“Görüş zamanı Birlik ölkələrində ictimai-siyasi sabitliyi pozmaq üçün yumşaq güc alətlərindən istifadə edən xarici qeyri-hökumət, qeyri-kommersiya və beynəlxalq təşkilatların dağıdıcı fəaliyyətinə qarşı birgə mübarizə üçün əlavə tədbirlər hazırlanıb.

Şura üzvləri ölkələrimizə informasiya sahəsində təhlükəsizlik təhdidlərinin inkişafının birgə qiymətləndirilməsini və proqnozunu təsdiqləyiblər”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Moskvada MDB ölkələrinin Təhlükəsizlik Orqanları və Kəşfiyyat Xidmətləri Rəhbərləri Şurasının 51-ci iclası keçirilib.

Bu gün nümayəndə heyətlərinin başçıları Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.




Bölməyə aid digər xəbərlər