12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Rusiya Brüssel danışıqlarını pozmaq istəyir”
Tarix: 28-10-2022 15:09 | Bölmə: Slayd
Professor: “Rusiya Brüssel danışıqlarını pozmaq istəyir”

“Rusiya prezidenti Vladimir Putin həmişə Qarabağ mövzusunda ikibaşlı fikirlər söyləyir, çox nadir hallarda konkret nəsə deyir. Dünən onun “Valday” klubunda Qarabağ və Azərbaycan-Ermənistan mövzusunda fikirləri də ikibaşlı məna daşıyırdı. Yəni elə də ola, belə də ola bilər. Aydındır ki, bununla Ermənistana da, Azərbayana da mesaj verir. Yəni fikrinizi bildirin, mövqeyinizi müəyyənləşdirin, həm də elə edin ki, bizim iştirakımız olmadan bir şey etməyin”.

Bunu Reyting.az-a professor Əli Abbasov deyib.

Əli Abbasov əlavə edib ki, prezident Putinin son fikirləri müsbət qarşılana bilməz.

Onun sözlərinə görə, Rusiya həm də indiki şərtlər daxilində Avropa İttifaqı xətti ilə aparılan Brüssel danışıqlarını pozmaq istəyir: “Mən demirəm ki, pozar, amma müəyyən qədər mane ola bilər. Rusiya çalışacaq ki, onun iştirakı olmadan aparılan danışıqlarda müsbət nəticə əldə edilməsin. Buna imkanı varmı? Ruslar həmişə nədənsə istifadə edib, təxribatlar da törədir. Əgər Rusiyanın imkanı olsa, çalışacaq ki, Azərbayanla Ermənistan arasında sülh sazişi imzalanmasın. Ruslar həm də bölgəyə başqa qüvvələrin gəlməsini istəmir”.

Professor qeyd edib ki, indi Putinin ermənilərin xoşuna gəlmək üçün istifadə etdiyi ümumi sözlər var: “Bunu həmişə ediblər. Demək istəyirlər ki, Rusiya hər zaman ermənilərə kömək edib, amma ermənilər indi bizi saymır, Qərb istiqamətinə gedirlər. Əlbəttə, burada erməni revanşist qüvvələr üçün də mesaj verilir ki, fəallaşın, mövqelərinizi gücləndirin”.

Ə. Abbasovun fikrincə, Rusiya Qarabağ probleminin birdəfəlik həllini, Azərbaycan-Ermənistan münasibətlərinin qaydaya düşməsini istəmir. Onun fikrincə, bunu müharibədən keçən iki illik müddət də açıq ortaya qoyub. “Əgər Rusiya problemin həllinə çalışsaydı, indiyə qədər məsələ öz həllini tapardı”,- deyə professor əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər