12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Kral donanmasında xanım zabitləri zorlayırlar - Fotolar
Tarix: 29-10-2022 14:15 | Bölmə: Slayd
Kral donanmasında xanım zabitləri zorlayırlar

İngiltərə Kral Donanması cinsi təcavüz qalmaqalı ilə gündəmə gəlib. Zabitlərdən binin bununla bağlı mətbuata açıqlamasından sonra Kral Donanması araşdırmaların başlandığını bəyan edib.

Reyting.az
-ın məlumatına görə, Britaniya Kral Donanmasının beş döyüş qolundan biri olan Sualtı Dəniz Xidmətində cinsi təcavüz halları ilə bağlı bir xanım da açıqlama verib. Kral Donanmasındakı ilk qadın əsgərlərdən olan Sofi Bruk 2011-ci ildə xidmətə başladıqdan sonra üzləşdiyi hadisələrdən danışıb.

Həmin ildə 18 yaşında hərbi xidmətə gedən Bruk, əslində arzularının gerçəkləşməsinə çox sevinib və London İqtisadiyyat Məktəbində iqtisadiyyat üzrə təhsil almaq təklifini rədd edib. Əvvəlcə Kral Donanmasında üç il keçirib, sonra isə Sualtı Qayıq Xidmətinə qoşulub. O, bütün gözləntilərinə cavab verəcək maraqlı bir karyeraya başlayacağına arzulayırmış. Amma sonradan sanki cəhənnəmlə üzləşib. Bruk həm fiziki, həm də psixoloji zorakılığa məruz qalıb.



“İngilis Daily Mail”-ə danışan Bruk kişi həmkarları tərəfindən tez-tez zorakılığa, döyülməyə və hətta cinsi təcavüzə məruz qaldığını deyib.

Bruk şərti C adlandırdığı yüksək rütbəli zabitin ona cinsi orqanını göstərdiyini və zorla öpdürüldüyünü iddia edir.

Bruk üçün ən qorxulu məsələ tapdığı siyahı olub. O, donanmadakı kişi əsgərlərin dənizdə fəlakətli hadisə baş verərsə, qadın həmkarlarına təcavüz etmək üçün siyahı hazırladıqlarını bildirib. Bruk bu siyahıda altıncı olduğunu deyib.

Bruk sualtı qayıqda üzləşdiyi dəhşətli hadisələrdən xilas ola bilməyəcəyi təqdirdə intihar etmək istəyindən də söz açıb.

İndi 30 yaşı olan Bruk donanmaya qoşulan ilk qadın döyüş zabiti kimi tarixə düşüb və sualtı qayığın ilk qadın kapitanı olmaq niyyətində olub. Ancaq keçmiş leytenant nəinki kapitan ola bilib, hətta sağlamğını da itirib və hazırda müalicə olunur. Deyir ki, bu gün də yaşadıqlarının izlərini silə bilmir.

Qeyd edək ki, Brukun açıqlamasından sonra Kral Hərbi Dəniz Qüvvələrinin rəisi Adm Sir Ben Key sualtı qayıqlarda qadınlara qarşı zorakılıq və cinsi təcavüz iddialar ilə bağlı araşdırma aparılmasına göstəriş verib.



Kral Hərbi Dəniz Qüvvələrinin rəisi iddiaları “iyrənc” adlandıraraq, “Kral Donanmasında cinsi qısnamanın yeri olmadığını və buna yol verilməyəcəyini”, - bəyan edib.

Admiral cinayətkarların ən qısa zamanda cəzalandırılacaqlarını bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər