12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Xankəndi şəhərində mitinq keçirməklə Azərbaycana təzyiq etmək mümkünsüzdür
Tarix: 31-10-2022 11:54 | Bölmə: Slayd
Xankəndi şəhərində mitinq keçirməklə Azərbaycana təzyiq etmək mümkünsüzdür

“Xankəndi şəhərində təşkil edilən mitinq-teatrın, bu cinayətkar toplumun fətva verənləri çox mahir oyunçulardır. Fətva çoxdan verilib. Bir neçə gün əvvəl Rusiya prezidenti Putin Valday klubunda çıxışı zamanı lap kökündən fətva verdi ki, ay cinayətkarlar, qorxmayın, sizin arxanızdayıq, separatçılığınızı davam etdirin. Məsələnin kökündə bu durur”.

Bunu Reyting.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov dünən Azərbaycanın Xankəndi şəhərində ermənilərin Azərbaycana qarşı keçirdikləri etiraz aksiyasından danışarkən deyib.

E. Məmmədov xatırladıb ki, bir müddət əvvəl Fransa prezidenti Makron da Azərbaycana qarşı bəyanatlar səsləndirib, bu bəyantlardan sonra isə Ermənistana Avropa İttifaqından “mülki missiya”, əslində isə kəşfiyyatçı qrupu gəlib.

Deputat erməniləri nəzərdə tutaraq bildirib ki, beynəlxalq güclər bütün dövrlərdə bu əcaib toplumdan istifadə edib: “Bu toplumdan əsasən İran, Fransa, Rusiya və Amerika istifadə edir. Bu oyunçuların hər biri zaman-zaman öz mənafeyi və maraqları nöqteyi-nəzərindən ermənilərdən alət kimi yararlanıblar və bu tarixi gerçəklik hələ dəyişməyib. Ermənilər də çox mahir oyunçulardır. Görün, bunlar bu ərəfədə nə etdilər? Bunlar həm Qərb, həm də Rusiya tərəfə oynaya-oynaya ikisini də üz-üzə gətirməklə, özlərinə maraq oyada bildilər”.

E. Məmmədov qeyd edib ki, Xankəndində hər hansı mitinq keçirməklə Azərbaycana təzyiq etmək, onu tutduğu yoldan döndərmək mümkünsüzdür.

Deputatın sözlərinə görə, Azərbaycan hazırda güclü dövlətdir, peşəkar orduya malikdir:

“Biz Ermənistana sülhlə bağlı tələb və təkliflərimizi təqdim etmişik. Bu məsələdə də sona qədər gediləcək. Ancaq əlbəttə ki, bu gün Soçidə baş tutan görüş gərgin keçəcək və Azərbaycan mövqeyini bir daha ortaya qoyacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər