12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Professor: “Soçidə razılaşmanın olacağına inanmıram”
Tarix: 31-10-2022 13:03 | Bölmə: Slayd
Professor: “Soçidə razılaşmanın olacağına inanmıram”

“Bu gün Soçidə keçiriləcək üçtərəfli danışıqların müsbət nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Rusiya istədiyini almağa çalışır, Azərbaycan da onu verməyəcək. Dünən Xankəndi şəhərində keçirilən mitinq də buna görə idi və Azərbaycana təzyiq məqsədi güdürdü”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşü şərh edərkən bildirib.

Professor deyib ki, Moskvanın əsas məqsədi “Vaşinqton sənədini” sıradan çıxarmaqdır. Onun sözlərinə görə, əslində “Vaşinqton sənədi” deyilən hər hansı bir razılaşma yoxdur və söhbət Brüsseldə əldə olunan yaxınlaşmalardan gedə bilər: “Sadəcə, ruslar hikkəsindən bu sənədi necə adlandırmağı da bilmirlər”.

C. Nuriyev bu gün Soçidə hər hansı bir sənəd imzalanacağına inanmır:

“Prezident İlham Əliyev Azərbaycana sərf etməyən, milli maraqlarımıza uyğun olmayan hər hansı sənədə imza atmayacaq. Düzdür, Putin çox məkrli gedişlər edir, hiyləgərcəsinə deyir ki, əvvəl imzalanmış üçtərəfli bəyanat var. Əslində isə Brüssel platformasını kənara qoyub. Yəni Rusiyanın bir həftə ərzində törətdiyi təxribat çox təhlükəlidir. Ruslardan hər cür təxribat gözləmək olar. Biz ehtiyatlı olmalıyıq. Qısası, Soçidə razılaşmanın olacağına inanmıram”.

Bu gərgin prosesdə Türkiyə faktoruna gəldikdə, professor xatırladıb ki, Rusiya faktiki olaraq Türkiyənin uğur kimi qəbul edilən taxıl müqaviləsindən imtina edib:

“Svestapolda gəmi təxribatı da təsadüfi deyil. Rusiya Türkiyənin uğuru sayılan taxıl razılaşmasından birtərəfli qaydada çıxır. Bu, həm də Ankaraya mesajdır ki, sənin etdiklərini dayandıra bilərəm. Amma Rusiya çox böyük yanlışlığa yol verir. Rusiya Türkiyə və Azərbaycanla ikinci cəbhəni açsa, onun üçün çox pis olacaq. Əslində belə bir addımın atılması Qərbin də marağındadır. Çünki Azərbaycan tək deyil, Türkiyə ilə tandem var, eləcə də Pakistan və İsrail ilə. Əgər Rusiya Azərbaycana qarşı hər hansı bir hərbi təhlükə baxımından addım atarsa, böyük səhv etmiş olar və bunun qarşılığını görər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər