12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Ana 32 yaşlı oğlunu edama göndərib - Dəhşətli cinayət
Tarix: 02-11-2022 10:42 | Bölmə: Slayd
Ana 32 yaşlı oğlunu edama göndərib

ABŞ-ın Florida ştatında yaşayan Baker ailəsinin uşaqları - Tatyen 14, Robert 12 yaşında idi. Ailə ətrafdakı digər yaşayış evlərinə nisbətən daha böyük evdə yaşayırdı. Üstəlik, bu evdə Baker qardaşları təkcə valideynləri ilə yaşamırdılar. Evlərində problem yaşayan bibiləri, bibisinin həyat yoldaşı və qızı da bir müddət onların yanında olublar.

Reyting.az
xəbər verir ki, bir müddət Vilson ailəsinin qonaq qaldığı bu evdə böyük bir narahatlıq yaranıb. Bu, uşaqların bibisinin həyat yoldaşı, 32 yaşlı Mark Vilsonun davranışı ilə bağlı olub.

Bibisi qızlarının ataları tərəfindən tez-tez fiziki və mənəvi zorakılığa məruz qalmasından qəzəblənən Tatyen Baker və Robert Baker tez-tez reaksiyalarını dilə gətiriblər.



Təqvimlər 2020-ci ilin avqustunu göstərəndə səhər tezdən Tatyen və Robert qardaşları evin qonaq otağında -bibilərinin əri Mark Vilsonla eyni otaqda idilər. Evdə özlərindən başqa yalnız anası idi. Anaları yuxarı mərtəbədəki yataq otağında yatırmış. Evdə izolyasiya sistemi güclü olduğundan bir otaqdakı səs digər otaqda eşidilmirmiş. Həmin vaxt Beyker qardaşları Vilsonla qızğın mübahisə edirdilər. Mübahisəyə səbəb Vilsonun qızına qarşı davranışı olub.

Qısa müddətdə mübahisə böyüyüb və Vilson yeniyetmələrə fiziki zorakılıq etməyə başlayıb. Gənclərin anaları bu səsləri eşitməyib. Yuxudan oyandıqda isə qarşılaşdığı mənzərədən həyatının ən böyük sarsıntısını yaşayıb.

Oğulları onun qarşısında, döşəmədə qan içində idi. Baker qardaşlarının anası gördüklərinə inana bilməyib. Ərini çağıran qadın başına gələnləri çətinliklə danışıb. Eşitdiklərindən şoka düşən ata dərhal polisə xəbər verib. Polis rəisi Kevin Mkonville və polis qrupları qapıdan içəri girəndə dəhşətli mənzərə ilə üzləşiblər.



Yeniyetmələrin üzləri demək olar ki, tanınmaz idi. Tatyen Baker və Robert Baker vəhşicəsinə döyülmüşdülər. Daha sonra onların boğazları bıçaqla kəsilmiş, cansız bədənləri qan gölündə batmışdı.

Bakerlərin evində törədilən dəhşətli qətlin sirrini açmağa söz verən qruplar tezliklə şübhəlinin şəxsiyyətini müəyyənləşdirib. Mark Vilson tez bir zamanda nəzarətə götürülüb. Məlum olub ki, uşaqların bibisi əri olan Vilson və həyat yoldaşı tez-tez narkotik istifadə edir, özlərini itirir və Beyker qardaşlarının valideynləri də bu vəziyyətdən xəbərdardırlar. Qətlin səbəbini həll etməyə çalışan qruplar sorğu-sual nəticəsində beyinlərindəki sual işarələrini aradan qaldırıb.

Baker qardaşlarının qızına cinsi təcavüz etdiyini iddia edən Vilson gənclərlə qızğın mübahisə edir. Gənclər isə öz qızına fiziki və psixoloji zorakılıq edən Vilsondan sosial xidmət qurumuna şikayət edəcəklərini bildiriblər. Bu sözlərdən hiddətlənən Vilson əvvəlcə gəncləri təhdid edib, sonra əlindəki çəkiclə gənclərə qarşı zorakılıq tətbiq edib.

2020-ci ilin avqustunda baş verən vəhşilik aylarla davam edən məhkəmə prosesi ilə sona çatıb. Bu prosesdə Vilsonun öz anasına cinayətləri etiraf etməsi mühüm rol oynayıb. Qatilin anası Krisi Adkins iki uşağı vəhşicəsinə qətlə yetirdiyini etiraf edən oğlunun etiraflarını telefonuna yazıb və məmurlara çatdırıb.

Məhkəmə prosesində törətdiyi qətlləri etiraf etdiyi ortaya çıxan Mark Vilsonun ya ölüm cəzası, ya da ömürlük həbs cəzası alacağı düşünülürdü. Son qərarda məhkəmənin münsiflər heyəti yekdilliklə qərara alıb ki, Vilsona ölüm cəzası verilsin. Edam cəzasına məhkum edilən Vilsonun qarşıdakı dövrdə edam ediləcəyi açıqlanıb.



Qatil oğlunun etiraflarını telefonu ilə yazan Krisi Adkins oğlunun ölüm hökmündə əsas rol oynayıb. Qatilin anası Adkins səs yazılarını göndərdiyi məhkəmədə bunları söyləyib:

“Marka dedim ki, o, əməkdaşlıq etməlidir. O, mənə dedi ki, mən bunu edə bilmərəm. Ona bildirdim ki, amma sən o körpələri incitmisən. Cavabında dedi ki, bəli ana, bunu mən etmişəm”.

Reyting.az




Bölməyə aid digər xəbərlər