12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Molla rejiminə qarşı etirazlar davam edir: polis zorakılığı əhalini daha da qıcıqlandırıb - Video
Tarix: 02-11-2022 14:45 | Bölmə: Slayd
Molla rejiminə qarşı etirazlar davam edir: polis zorakılığı əhalini daha da qıcıqlandırıb

İranda Məhsa Əminin ölümündən sonra başlayan etiraz aksiyalarına polisin sərt müdaxiləsi ilə bağlı yeni faktlar ortaya çıxıb. Sosial mediada yayımlanan “polis tərəfindən döyülərək yaxın məsafədən silahla vurulan” etirazçı ilə bağlı video əhalinin sərt reaksiyasına səbəb olub.

Reyting.az
xəbər verir ki, sosial mediada paylaşılan görüntülər paytaxt Tehranın Nazi Abad məhəlləsində qeydə alınıb.

Videoda böyük bir qrup polisin nümayişçini döydüyü görünür. Aldığı zərbələrdən yerə yıxılan nümayişçini bir evin girişinə qədər çəkən polis burada da onu dəyənəklə döyməyə davam edir.

Kadrlarda motosikletli polisin nümayişçiyə yaxınlaşaraq yaxın məsafədən tüfənglə atəş açdığı da görünür.

Videonun çəkilmə tarixi ilə bağlı heç bir məlumat verilməsə də, İranın müxalifət fəalları görüntünün son günlərdəki nümayişlərə aid olduğunu iddia edirlər.

Hadisəyə molla rejiminin rəsmiləri hələlik şərh verməyib.

Qeyd edək ki, Tehranın cənubundakı Nazi Abad məhəlləsində yaşayanlar əsasən mühafizəkarlara yaxındır və rejimi dəstəkləyən toplum kimi tanınırlar.

Onu da diqqətə çatdırırıq ki, sentyabrın 13-də “mənəviyyat polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlandıqdan sonra komada xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin ölümü Tehranda etirazlara səbəb olub. Ölkə daxilində keçirilən nümayişlərdə 10 mindən çox adamın nəzarətə alındığı iddia edilir. İran İnsan Haqları Təşkilatı (İHM) isə təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi nəticəsində həyatını itirənlərin sayının 253-ə qədər artdığını bildirir.

Video: My Webpage




Bölməyə aid digər xəbərlər